Fransanın nüfuzlu qəzeti Zəhradan yazdı
Tarix: 06-07-2017 | Saat: 17:00
Bölmə:Gündəm / Aia TV / Seçilənlər | çapa göndər
Zəhra - Azərbaycan və Ermənistan arasındakı davamlı münaqişənin növbəti qurbanı…Bu balaca qızcığaz və nənəsi Dağlıq Qarabağ regionunda gedən Ermənistan-Azərbaycan qarşıdurmalarının növbəti qurbanı oldu. İnternetdə yayılan şəkillər olduqca dəhşətlidir. Nələr baş verir ? Azərbaycan Müdafiə Nazirliyi iyulun 4-də verdiyi açıqlamada bildirir ki, Füzuli rayon Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyeva işğalçı Ermənistan ordusunun qəsdən və birbaşa açdığı atəş nəticəsində həlak olub. Nənəsi Səlminaz Quliyeva isə ağır bədən xəsarətləri alıb. Artıq inkarolunmaz gərginliklər fonunda Qarabağın işğalçı orqanları Azərbaycanın mülki obyektlərinə yaxın ərazilərdə yerləşən hərbi birləşmələri vurduğunu deyir.
AzVision.az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu nəşrlərindən biri olan “Le Monde” qəzeti yazıb. Qeyd olunub ki, balaca Zəhranın və nənəsinin qurbanına çevrildiyi münaqişə illərdir bu iki ölkə arasında davam edir. SSRİ-nin süqutundan bəri Azərbaycan və Ermənistan təxminən 2 500 kvadram metrlik strateji ərazi uğrunda hərtərəfli mübarizə aparır.
“Hazırda Dağlıq Qarabağda müstəqilliyi Ermənistan tərəfindən hələ də tanınmayan qondarma muxtar respublika yaradılıb. Sözügedən münaqişə isə SSRİ dağılandan sonra on minlərlə insanın ölümünə səbəb olan ən qanlı münaqişələrdən hesab olunur. Hələ bu hamısı deyil. 1994-cü ildən bəri 1 milyon Azərbaycanli Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağdan qaçqın düşüb. Davamlı şəkildə baş verən qarşıdurmalar yüzlərlə insanın həyatına son qoyur. 2016-cı ildə imzalanan atəşkəs belə təəssüf ki balaca Zəhranın ölümünə mane ola bilmədi.
Təxribatlarına ara verməyən Ermənistan balaca qızın və yaşlı nənəsinin ölümündən məsul görünür. Beynəlxalq təşkilatların, eləcə də ATƏT-in qınaqlarına baxmayaraq Ermənistan işğalçı siyasətini yürütməkdə davam edir. Beynəlxalq ictimaiyyətin uzun illərdir davam edən etinasız mövqeyindən sonra, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi daha fəal rol oynamağa başlayıb. Ən azından beynəlxalq hüququn pozulmaması naminə Ermənistana təzyiq göstərmək vaxtıdır”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024