Mobil versiya
“Dövlət qulluğuna qəbulda yerlibazlıq mövcud idi”
Tarix: 23-06-2017 | Saat: 17:40
Bölmə:Gündəm | çapa göndər

“Dövlət qulluğuna qəbulda yerlibazlıq mövcud idi”


Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamına əsasən, hər ilin 23 iyun tarixi dövlət qulluqçuları peşə bayramı kimi təsdiq olunur.

Ötən müddət ərzində Azərbaycan Prezidentinin sərəncamları ilə bir çox dövlət qulluqçusu yüksək ixtisas dərəcəsi alıb, məhz dövlət qulluqçuları üçün təsis olunmuş "Vətənə xidmətə görə" ordeninin müxtəlif dərəcələri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Əməkdar dövlət qulluqçusu" adı verilib.

Bugünkü dövlət qulluqçularının Sovet dövründəki dövlət qulluquçulardan fərqi nədir?

Hüquqşünas Əlməmməd Nuriyev Modern.az-a açıqlamasında deyib ki, Sovet dövründə dövlət qulluğuna qəbul prosesində yerlibazlıq mövcud idi.

“Sovet dövründə dövlət qulluğunda önə çəkilməsi üçün işçinin Kommunist Partiyasının üzvü olması çox vacib idi. İdarəetmədə irəli çəkilməyə görə ideoloji yanaşma vardı. Bir çox hallarda daha qabiliyyətli və bacarıqlı adamların irəli çəkilməsi kriteriyalara söykənirdi. Bütövlükdə bunun ideoloji yükü vardı. Amma Sovet hakimiyyətinin son illərində yerlibazlıq, qohumluq əsasında irəli çəkilmə özünü göstərirdi”.

Əlməmməd Nuriyevin sözlərinə görə, indi bu məsələdə fərqlilik var.

“İndiki dövrdə isə dövlət qulluqçuları ilə bağlı məsələ fərqlidir. “Dövlət qulluğu haqqında” qanuna görə, dövlət qulluğuna qəbuledilmə prosesi şəffaf həyata keçirilir.
Qəbul müsabiqə yolu ilə aparılır. Bu prosesdə birinci mərhələ ilə bağlı hər hansı bir sual meydana çıxmayıb. İkinci mərhələdə isə nəticədən narazı olanlar apellyasiya şikayəti verə bilər və bu zaman elə imkan yaradılır ki, şəxsin cavabları videoya çəkilsin. Nəticədə də cavabları tutuşdurmaq mümkündür.
Azərbaycanda dövlət qulluğu ilə bağlı qanunda əhəmiyyətli dəyişikliklər baş verib. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti 5 ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024