Mobil versiya
15 yaşında Bakının ən gözəl qızı seçildi
Tarix: 22-06-2017 | Saat: 15:54
Bölmə:Gündəm | çapa göndər

15 yaşında Bakının ən gözəl qızı seçildi


İyunun 17-də Bakıda "Miss & Mister Azerbaijan - 2017” Milli gözəllik müsabiqəsinin final mərhələsi keçirilib.

Axşam.az-ın məlumatına görə, finala vəsiqə qazanan 16 qız və 16 oğlan iştirakçı birincilik uğrunda mübarizə aparıb. Müsabiqədə "Miss Baku" tituluna 15 yaşlı Arzu Hüseynzadə layiq görülüb. Gənc model bütün rəqiblərini üstələyərək Bakının ən gözəl qızı seçilib. Yarışma ilə bağlı fikirlərini bildirən Arzu qeyd edib ki, bu sahədə özünü sınamaq istəyi çoxdan yaranıb:

"Ağlım kəsəndən özümü bu sahədə görmək istəmişəm. Yarışma arzuma çatmaq üçün yaxşı imkan oldu. Çox çətin idi, çünki güclü rəqiblərim vardı. Bütün gücümlə çalışdım ki, mənə güvənən insanların inamını sarsıtmayım. Həyəcanlı idim. Bu da məsuliyyət hissindən doğurdu. Məndə qorxu yoxdur. Qorxmaq zəiflərə məxsus xüsusiyyətdir".

Gənc modelin sözlərinə görə, modellik barədə xüsusi dərslər alır:

"İnternet vasitəsilə bilgimi çoxaltmağa çalışıram. Bacardığım qədər bu işin peşəkarı olmaq istəyirəm. Çox istərdim ki, modellik bizdə də Avropadakı kimi inkişaf etsin və insanlar model sahəsinə daha təbii yanaşsınlar. Standartlardan bir az uzaq olub, öz stillərini yaratsınlar".

Qeyd edək ki, Arzu modelliklə yanaşı musiqi ilə də məşğuldur. O, Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano üzrə təhsil alır.

Arzu gələcəkdə bu sahədə də özünü yüksək səviyyəyə çatdırmaq istəyir:

"Ümid edirəm, bunu da bacaracam".


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024