46 sığorta agentinin lisenziyası dayandırılıb
Tarix: 12-06-2017 | Saat: 11:55
Bölmə:Gündəm | çapa göndər
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən yeni sığorta agentlərinin fəaliyyətinə lisenziyalar verilib, bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılıb və ya ləğv edilib.
Palatadan verilən xəbərə görə, Direktorlar Şurasının iclasında Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib. Lisenziyaların dayandırılmasına səbəb, sığorta agentlərinin "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.
İclasda həmçinin, iki fiziki şəxsin MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.
MBNP "İNS Consulting” MMC və iki fiziki şəxsə sığorta agenti fəaliyyətinə lisenziyalar verib.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər