Ana Sayfa > Gündəm > 46 sığorta agentinin lisenziyası dayandırılıb
46 sığorta agentinin lisenziyası dayandırılıb12-06-2017, 11:55. Yazar: admin |
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən yeni sığorta agentlərinin fəaliyyətinə lisenziyalar verilib, bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılıb və ya ləğv edilib. Palatadan verilən xəbərə görə, Direktorlar Şurasının iclasında Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib. Lisenziyaların dayandırılmasına səbəb, sığorta agentlərinin "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub. İclasda həmçinin, iki fiziki şəxsin MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib. MBNP "İNS Consulting” MMC və iki fiziki şəxsə sığorta agenti fəaliyyətinə lisenziyalar verib. AİA.az Geri dön |