Mobil versiya
Xomeyni məqbərəsinə silahlı hücum edilib - 2 ölü, 5 yaralı
Tarix: 07-06-2017 | Saat: 13:52
Bölmə:Hadisə | çapa göndər

Xomeyni məqbərəsinə silahlı hücum edilib - 2 ölü, 5 yaralı



İran İslam Respublikasında bir gündə ikinci silahlı insident baş verib.

Hadisə Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsində qeydə alınıb.

Məqbərəyə daxil olan şəxslər atəş açmağa başlayıblar. Daha sonra kimliyi məlum olmayan şəxs üzərinə yerləşdirilən partlayıcı qurğunu türbənin qarşısında işə salıb.

Türbəyə hücum edən iki silahlı isə zərərsizləşdirilib. Hücum nəticəsində 2 nəfər ölüb, beş nəfər yaralanıb.

Qeyd edək ki, bu gün İran İslam Respublikasının Milli Məclisinə silahlı hücum edilib. Parlamentə daxil olan silahlı şəxs mühafizəçiləri yaralayıb, bir neçə nəfəri girov götürüb.

Baş verən qarşıdurmada təhlükəsizlik əməkdaşlarından biri ayağından vurulub. Tehran Millət Vəkili İlyas Hezreti "İRİB” xəbər agentliyinə açıqlamasında bildirib ki, iki nəfər "Kalaşnikov" avtomatı və bir nəfər tapança ilə Milli Məclisə hücum edib. Hücum edənlərin kimliyi bəlli deyil.(azvision)


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5413 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2020
31-05-2020
{sape_links}{sape_article}