Mobil versiya
Çimərlik mövsümü iyunun 15-də açılacaq
Tarix: 06-06-2017 | Saat: 16:48
Bölmə:Gündəm / Manşet | çapa göndər

Çimərlik mövsümü iyunun 15-də açılacaq



Azərbaycanda bu il çimərlik mövsümü iyunun 15-də açılacaq.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, bu ildən etibarən çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq:

"Biz iyunun 1-dən etibarən gücləndirilmiş iş rejimində işləyirik. Qadağanedici, xəbərdaredici lövhələr çimmək üçün təyin edilmiş yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, şarlar qoyulub, suya baxış keçirilib. İyunun 1-dən etibarən dəniz kənarında dincəlməyə gələnlər var. Amma rəsmi açılış iyunun 15-də olacaq”.

Məlumatda qeyd eidlib ki, bu il ölkəyə gələn turistlərin sayının çoxalması səbəbindən çimərlik mövsümünə hazırlıq tədbirlərinə daha tez başlanılıb.

"Xidmətin dalğıc-axtarış qrupu, sularda xilasеtmə məntəqə və pоst əməkdaşları ilə çimərlik mövsümünə hazırlıq məqsədilə Naziliyin Muğan, Cənub, Aran, Şimal, və Sumqayıt Regional Mərkəzlərinin inzibati binalarında tədris tədris-mеtоdiki tоplantılar keçirilmişdir. Toplantılarda çimərlik mövsümünə hazırlıq, axtarış-xilasetmə işlərinin təşkili, həmçinin əməkdaşların peşə hazırlığının yüksəldilməsi məsələlərinə diqqət ayrılmışdır. Bununla yanaşı Xidmət əməkdaşlarının fiziki-peşə hazırlıqlarının artırılması məqsədilə Bakıda və rayonlarda üzgüçülük hovuzları icarəyə götürülmüş, xilasedicilərin hazırlığının yüksək səviyyədə saxlanılması üçün mütəmadi olaraq məşğələlər keçirilmişdir. Hazırda Xidmətin bazasında III qrup 3-cü ixtisas dərəcəli dalğıc hazırlığı kursu davam edir. Kursa 20 nəfər əməkdaş cəlb olunub”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə