Ana Sayfa > Gündəm / Manşet > Çimərlik mövsümü iyunun 15-də açılacaq
Çimərlik mövsümü iyunun 15-də açılacaq6-06-2017, 16:48. Yazar: admin |
Azərbaycanda bu il çimərlik mövsümü iyunun 15-də açılacaq. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, bu ildən etibarən çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq: "Biz iyunun 1-dən etibarən gücləndirilmiş iş rejimində işləyirik. Qadağanedici, xəbərdaredici lövhələr çimmək üçün təyin edilmiş yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, şarlar qoyulub, suya baxış keçirilib. İyunun 1-dən etibarən dəniz kənarında dincəlməyə gələnlər var. Amma rəsmi açılış iyunun 15-də olacaq”. Məlumatda qeyd eidlib ki, bu il ölkəyə gələn turistlərin sayının çoxalması səbəbindən çimərlik mövsümünə hazırlıq tədbirlərinə daha tez başlanılıb. "Xidmətin dalğıc-axtarış qrupu, sularda xilasеtmə məntəqə və pоst əməkdaşları ilə çimərlik mövsümünə hazırlıq məqsədilə Naziliyin Muğan, Cənub, Aran, Şimal, və Sumqayıt Regional Mərkəzlərinin inzibati binalarında tədris tədris-mеtоdiki tоplantılar keçirilmişdir. Toplantılarda çimərlik mövsümünə hazırlıq, axtarış-xilasetmə işlərinin təşkili, həmçinin əməkdaşların peşə hazırlığının yüksəldilməsi məsələlərinə diqqət ayrılmışdır. Bununla yanaşı Xidmət əməkdaşlarının fiziki-peşə hazırlıqlarının artırılması məqsədilə Bakıda və rayonlarda üzgüçülük hovuzları icarəyə götürülmüş, xilasedicilərin hazırlığının yüksək səviyyədə saxlanılması üçün mütəmadi olaraq məşğələlər keçirilmişdir. Hazırda Xidmətin bazasında III qrup 3-cü ixtisas dərəcəli dalğıc hazırlığı kursu davam edir. Kursa 20 nəfər əməkdaş cəlb olunub”. AİA.az Geri dön |