Mobil versiya
Türkiyə ABŞ-ı terrorçulara dəstəkdə ittiham edib
Tarix: 23-05-2017 | Saat: 12:51
Bölmə:Gündəm | çapa göndər

Türkiyə ABŞ-ı terrorçulara dəstəkdə ittiham edib




Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç Vaşinqtonu Suriya kürdlərinə silah tədarük etmək qərarına görə sərt tənqid edib.

AİA.az Report-a istinadən xəbər verir ki, bunu o, hər il keçirilən Amerika-Türkiyə münasibətləri üzrə konfransda çıxışı zamanı edib.

"Siz, bir terror təşkilatını digər terror təşkilatına qarşı mübarizədə istifadə edə bilməzsiniz və etməməlisiniz. Xüsusilə də, sizin tərəfdaşınız deyəndə ki, bu, terror təşkilatıdır”, - deyə səfir bildirib.

Kılıç ABŞ-ın Rakkada əməliyyatın aparılması üçün Suriya kürdlərinə alternativ tapa bilməməsinə dair iddialarını da başa düşmədiyini qeyd edib. Türkiyə səfiri bu məsələdə Türkiyə və artıq İŞİD-ə qarşı uğurlu əməliyyatlar aparmış "Azad Suriya Ordusu”nun olduğunu xatırladıb.
"ABŞ və Türkiyənin tərəfdaşlığı seçim məsələsi deyil, zərurətdir”, - deyə Kılıç əlavə edib və Türkiyəni regionda demokratiyanın uğurlu olduğu ölkələrdən biri adlandırıb.

aia.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024