Ana Sayfa > Gündəm > Türkiyə ABŞ-ı terrorçulara dəstəkdə ittiham edib
Türkiyə ABŞ-ı terrorçulara dəstəkdə ittiham edib23-05-2017, 12:51. Yazar: admin |
Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç Vaşinqtonu Suriya kürdlərinə silah tədarük etmək qərarına görə sərt tənqid edib. AİA.az Report-a istinadən xəbər verir ki, bunu o, hər il keçirilən Amerika-Türkiyə münasibətləri üzrə konfransda çıxışı zamanı edib. "Siz, bir terror təşkilatını digər terror təşkilatına qarşı mübarizədə istifadə edə bilməzsiniz və etməməlisiniz. Xüsusilə də, sizin tərəfdaşınız deyəndə ki, bu, terror təşkilatıdır”, - deyə səfir bildirib. Kılıç ABŞ-ın Rakkada əməliyyatın aparılması üçün Suriya kürdlərinə alternativ tapa bilməməsinə dair iddialarını da başa düşmədiyini qeyd edib. Türkiyə səfiri bu məsələdə Türkiyə və artıq İŞİD-ə qarşı uğurlu əməliyyatlar aparmış "Azad Suriya Ordusu”nun olduğunu xatırladıb. "ABŞ və Türkiyənin tərəfdaşlığı seçim məsələsi deyil, zərurətdir”, - deyə Kılıç əlavə edib və Türkiyəni regionda demokratiyanın uğurlu olduğu ölkələrdən biri adlandırıb. aia.AZ Geri dön |