Mobil versiya
Kral İlham Əliyevi Ərəbistana dəvət edib - XİN
Tarix: 17-05-2017 | Saat: 17:23
Bölmə:Gündəm / Manşet | çapa göndər

Kral İlham Əliyevi Ərəbistana dəvət edib - XİN



Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan prezident İlham Əliyevi paytaxt Ər-Riyadda keçiriləcək Ərəb, Müsəlman-Amerika Zirvə Toplantısına dəvət edib.

AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı XİN-in rəsmi “Facebook” səhifəsində məlumat yerləşdirilib.

“İki Müqəddəs Məscidin Xadimi Səudiyyə Ərəbistanı Kralı əlahəzrət Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Heydər oğlu Əliyevi 21 may 2017-ci il tarixində ər-Riyadda keçiriləcək Ərəb, Müsəlman-Amerika Zirvə Toplantısına dəvət edib”, - deyə Səudiyyə Ərəbistanı XİN-in yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, toplantıda ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi gözlənilir.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024