Britaniya hərbi hazırlığı gücləndirir – 100 min ehtiyat hərbçiyə müraciət
Tarix: 26-11-2026 | Saat: 20:47
Bölmə:Özəl | çapa göndər

Böyük Britaniya mümkün hərbi münaqişələrə hazırlıq çərçivəsində ehtiyatda olan hərbçilərin müdafiə tədbirlərinə cəlb edilməsi istiqamətində addımlar atır.
“The Telegraph” qəzetinin məlumatına görə, Soyuq müharibədən bəri ilk dəfə təxminən 100 min ehtiyat hərbçiyə hərbi hazırlıq prosesində könüllü iştirak təklifi ilə məktublar göndərilib.
Keçmiş hərbçilərin yaz aylarında keçiriləcək NATO-nun “Steadfast Defender” təlimlərinə cəlb olunması nəzərdə tutulur.
Onlardan əlaqə məlumatlarını yeniləmək, hazırkı iş yerləri və peşə bacarıqları barədə məlumat təqdim etmək də istənilib.
Böyük Britaniya Müdafiə Nazirliyi bu addımın ölkənin müdafiə qabiliyyətini gücləndirmək və mümkün münaqişə riskini azaltmaq məqsədi daşıdığını bildirib.
Qeyd olunur ki, müraciət ordudan ayrılmış, lakin müstəsna hallarda hərbi xidmətə qayıtmaq öhdəliyi olan şəxsləri əhatə edir. Hazırda kütləvi səfərbərlik nəzərdə tutulmur.
Nəşrin məlumatına görə, London NATO çərçivəsində milli müdafiə imkanlarının artırılmasına daha çox diqqət ayırmağa başlayıb.
Britaniya ordusunda həqiqi hərbi xidmətdə olanların sayı isə təxminən 73 min nəfərə qədər azalıb. Bu göstərici Napoleon müharibələrindən bəri ən aşağı səviyyə kimi qiymətləndirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər