Zərifə Əliyeva Ulu öndərə etibarlı mənəvi dayaq oldu
Tarix: 28-04-2017 | Saat: 11:45
Bölmə:Qərbi Azərbaycan / Seçilənlər-4 / Manşet | çapa göndər
Tanınmış alim, akademik Zərifə xanım Əliyeva ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı olmaq kimi şərəfli missiyanı ömrü boyu layiqincə yerinə yetirdi. Ulu öndərə etibarlı mənəvi dayaq oldu. O, Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri zərif çiyinlərində dözümlə daşıyırdı.
Ulu öndərin qadın problemlərinə böyük diqqət yetirməsində də Zərifə xanımın şəxsi nümunəsi mühüm rol oynayırdı. Heydər Əliyev ömrü boyu qazandığı uğurlara və ailəsində yaratdığı rahatlığa görə Zərifə xanımın fədakar məhəbbətini, diqqət və qayğısını yüksək qiymətləndirmişdir. Bu görkəmli şəxsiyyətlər insan kimi bir-birini üzvi surətdə tamaladıqları üçün Heydər Əliyevlə Zərifə xanımın ailə həyatı bütün cəmiyyət üçün parlaq nümunə idi.
Zərifə xanımın həyatda ən böyük vəzifəsi fərəhlə, fədakarlıqla yerinə yetirdiyi analıq missiyası idi. Milli ruhda tərbiyə etdiyi övladlarına yüksək mənəvi keyfiyyətləri aşılayırdı. Ailənin qızı Sevil xanım görkəmli şərqşünas, mahnıları sevilən bəstəkardır. Biz fəxr edirik ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirir. Təkcə Azərbaycanda deyil, bütün dünyada xoşməramlı səfir kimi tanınan Azərbaycan Respublikasının birinci vitse Prezidenti Mehriban Əliyevanın cəmiyyətin imkansız üzvlərinə, xəstələrə qayğısı, elmə, mədəni irsə təmənnasız xidməti də Zərifə xanımın ocağından güc alır.
Tale ondan heç nəyi əsirgəməmişdi: Ona gözəl valideynlər, ömrü bütün insanlığa məxsus dahi şəxsiyyət olan həyat yoldaşı, sevimli övladlar, nəvələr, vəfalı dostlar. İnsanlıq, xeyirxahlıq, mərhəmət və şəfqət kimi keyfiyyətlər,... böyük qəlbi, bitib-tükənməyən işgüzarlığı, dərin elmi mühakimələri, dostluğu, iradəsi, təvazökarlığı ilə doğmalarının, həmkarlarının, onu tanıyan hər bir kəsin sevimlisinə çevirmişdi.
Ona görə də onun işıqlı xatirəsi hər birimiz üçün əzizdir. Zərifə xanımın əlləri ilə yandırılmış müqəddəs ailə ocağı bü gün bütün Azərbaycana hərarət, işıq verir.
Gülarə Hüseynova
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, Nərimanov rayon komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024