Mobil versiya
Fəhlələr Ziya Məmmədovun şirkətindən 5 aylıq maaşlarını tələb edir
Tarix: 13-10-2015 | Saat: 14:46
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Fəhlələr Ziya Məmmədovun şirkətindən 5 aylıq maaşlarını tələb edir




Bu gün - oktyabrın 13-də saat 11:30-dan başlayaraq azı 100 nəfər fəhlə “Azərinşaatservis” MMC şirkətinin Dərnəgüldə yerləşən ofisinin qarşısına toplaşıb

Onlar aylarla yığılıb qalmış maaşlarını tələb edir.

“5 aydır əmək haqlarımız yığılıb, şirkət ödəmir. İşləmişik, amma maaşımızı ala bilmirik. Şəxsən mənim 3 min manat alacağım var. Gəlirik, yığışırıq bura, biri qarşımıza çıxmır. Elə içəridən xəbər göndərirlər ki, müdir yerində yoxdur” -Aia.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna “Azərinşaatservis” MMC-dən aylarla yığılıb qalmış məvacibini ala bilməyən Müseyib Musayev deyir.

Müseyib Musayevin dediyinə görə, aylıq maaşı 1000 manat olub. 1 ay öz hesabına məzuniyyətə buraxılıb. Sonrakı 3 aylıq maaşını isə ödəmirlər: “Təsəvvür edin ki, şirkətin 1100 nəfər işçisi var. Heç birinin də maaşı aylardır ödənilmir. Şirkətin işçilərə 2 milyon 500 min manat borcu var. Bu qədər pulu kim yeyib? Kimin cibinə axıb bu pullar? Gah deyirlər, rəhbərliyi tutublar, gah deyirlər, ofisdə yoxdur”.

Şirkətin başqa işçisi Rafiq Ramazanov da maaş tələbi ilə şirkətin ofisinin qarşısına gəlib: “Masallıda, Xaçmazda, Ağdaşda, neçə-neçə rayonlarda yol tikintilərində işləmişik. Yay-qış bilməmişik. İşləmişik ki, pulumuzu o-bu yesin? Çıxsınlar, bizə cavab versinlər. Fəhlələrin çoxu rayonlarda yaşayır. Neçə dəfə gəldilər-getdilər, biri çıxıb maraqlanmadı ki, adam uzaq yoldan gəlib, pulunu verək, getsin. Adamlar hər dəfə oradan-burdan borca-xərcə girib yolpulu edib Bakıya halal zəhmət haqqısını tələb etməyə gəlir. Artıq yol pulları da tükənib, gələ bilmirlər”.

Fəhlələr deyirlər, dördüncü dəfədir ki, bura toplaşırlar. Ancaq qarşılarına çıxan olmadığına görə oradan "Azəryolservis"ə üz tutublar.

“Əgər orada da qarşımıza çıxan olmasa, Nəqliyyat Nazirliyinin qarşısına gedəcəyik. Maaşlarımızı almayanadək nazirliyin qarşısında çadır qurub gecələri orada qalacağıq” - fəhlələr deyib.

“Azərinşaatservis” MMC nəqliyyat naziri Ziya Məmmədova məxsus olub, ölkənin əksər iri yol-nəqliyyat infrastrukturu layihələrində baş podratçıdır. Şirkətin Azərbaycan Beynəlxalq Bankına yüz milyonlarla manat kredit borcu var.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə