Mobil versiya
Azərbaycanda maliyyə bazarı iştirakçılarına qarşı sanksiyanın məbləği dəyişdirilir
Tarix: 18-11-2026 | Saat: 11:58
Bölmə:Parlament | çapa göndər

Azərbaycanda maliyyə bazarı iştirakçılarına qarşı sanksiyanın məbləği dəyişdirilir Azərbaycanda kredit və elektron pul təşkilatlarına, bank əməliyyatlarını aparan şəxslərə və maliyyə institutlarına tətbiq edilən maliyyə sanksiyalarının məbləği dəyişir. aia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, bundan sonra Vergi Məcəllənin 76-1.1-ci maddəsinin tələblərini (hesabatlılıq) icra etməməyə görə hesaba madaxil olunmuş vəsaitin ümumi məbləğinin 10 %-i qədər, lakin 1 000 manatdan az olmayaraq maliyyə sanksiyası tətbiq ediləcək. Hazırda sanksiya ümumi məbləğin 30 %-i qədərdir. Bundan başqa, bu hesablar üzrə mədaxil əməliyyatı aparılmadıqda isə, hər belə hesab üçün maliyyə sanksiyası 400 manatdan 1 000 manata qaldırılır. Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2026