20 Noyabr – Ağdam şəhəri günü: tarixi zəfərdən böyük qaydışa
Tarix: 18-11-2026 | Saat: 11:10
Bölmə:Siyasət | çapa göndər

20 noyabr Azərbaycan tarixində mühüm siyasi və tarixi əhəmiyyət daşıyan günlərdən biridir. 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal altında olan ərazilərinin Azərbaycana təhvil verilməsi ilə rayonun uzun illər davam edən işğalına son qoyuldu. Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam şəhəri günü kimi təsis edildi.
Ağdam Azərbaycanın qədim yaşayış məskənlərindən biri, Qarabağın zəngin tarixi və mədəni irsə malik bölgəsidir. Burada aparılan arxeoloji tədqiqatlar ərazidə minilliklər əvvəl yaşayışın mövcudluğunu təsdiqləyir. Üzərriktəpədə aşkarlanan maddi-mədəniyyət nümunələri Ağdamın qədim əkinçilik və oturaq yaşayış mədəniyyətinin mühüm mərkəzlərindən biri olduğunu göstərir. Pənahəli xanın İmarət kompleksi, Şahbulaq qalası, Ağdam Cümə məscidi və digər tarixi abidələr bu torpağın zəngin keçmişinin yadigarlarıdır.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Ağdam rayonunun 73 faizi işğal edildi. Rayonun 882 kvadratkilometr ərazisi, rayon mərkəzi və 90 kəndi işğal altında qaldı. 128 min nəfər doğma yurdunu tərk etmək məcburiyyətində düşdü. İşğal nəticəsində məktəblər, mədəniyyət evləri, sənaye və digər sosial obyektlər dağıdıldı, talan edildi. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı.
BMT Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdamdan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin beynəlxalq qərarların icrasız qalması işğalın uzun illər davam etməsinə səbəb oldu.
2020-ci ildə Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər bölgədə yeni reallıqlar yaratdı. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Ağdamın işğal altında olan əraziləri Azərbaycana qaytarıldı. Bu hadisə uzun illər doğma yurd həsrəti ilə yaşayan ağdamlıların qayıdışına, şəhərin yenidən qurulmasına və bölgənin iqtisadi həyatının dirçəldilməsinə imkan yaratdı.
Ağdamın bərpası Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri, tikinti-quruculuq layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirakı, prosesin gedişinə birbaşa nəzarəti bu işlərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsində mühüm rol oynayır. Cənab Prezidentin təşəbbüsü və siyasi iradəsi ilə Ağdamda genişmiqyaslı quruculuq işlərinə başlanılması, tarixi irsin qorunması və müasir şəhər infrastrukturunun yaradılması xüsusi təqdirəlayiqdir.
2022-ci il avqustun 16-da Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiq edildi. Sənədə əsasən, şəhərdə beş yaşayış məhəlləsinin yaradılması, müasir sosial infrastrukturun qurulması və iqtisadi potensialın inkişaf etdirilməsi nəzərdə tutulur. Gələcəkdə Ağdam şəhərində 100 min nəfər əhalinin yaşaması planlaşdırılır.
Bərpa prosesinin mühüm istiqamətlərindən biri Ağdam Sənaye Parkıdır. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış park 190 hektar ərazini əhatə edir. Burada yerli istehsalın inkişafı, sahibkarlığın dəstəklənməsi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir. 2026-cı ilin noyabrına olan məlumata görə, parkda 9 müəssisə fəaliyyət göstərir, 5-dən artıq müəssisənin tikintisi davam edir, 964 nəfər daimi işlə təmin olunub.
Ağdamın nəqliyyat və mədəniyyət infrastrukturu da yenidən qurulur. 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verilib. Həmin gün Ağdam Muğam Mərkəzinin də açılışı olub. 474 yerlik konsert zalı, dərs otaqları və açıq amfiteatrı olan mərkəz Qarabağın zəngin muğam ənənələrinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. İmarət kompleksi və tarixi məscidlərin bərpası isə milli-mədəni irsin qorunmasına xidmət edir.
Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərində və kəndlərində məskunlaşma prosesi davam edir. 2026-cı ilin noyabrına olan məlumata əsasən, Ağdam şəhərində, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə, 8300 nəfər məskunlaşıb. Yeni yaşayış evləri ilə yanaşı, məktəblər, sosial obyektlər və digər infrastruktur layihələri də həyata keçirilir. Turizm sahəsinin inkişafı üçün yaradılan imkanlar, hotel komplekslərinin istifadəyə verilməsi şəhərin gələcək iqtisadi perspektivlərini genişləndirir.
Ağdamın dirçəlişi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və inkişaf strategiyasının mühüm nümunəsidir. Bu gün şəhərdə aparılan işlər təkcə dağıdılmış infrastrukturun yenidən qurulması deyil, həm də insanların doğma yurda qayıdışının, iqtisadi fəallığın və mədəni həyatın bərpasının təmin edilməsidir.
20 noyabr Ağdamın azadlığının, tarixi ədalətin bərpasının və Böyük Qayıdışın rəmzidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində vaxtilə xarabalığa çevrilmiş Ağdam bu gün yenidən qurulur, öz tarixi simasını bərpa etməklə yanaşı, müasir Azərbaycanın inkişaf edən şəhərlərindən birinə çevrilir. Bu böyük quruculuq prosesinin ən mühüm nəticəsi isə illərlə yurd həsrəti çəkən insanların öz evlərinə, doğma torpaqlarına qayıtmasıdır.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2026

.jpg)