Mobil versiya
Şəmkirdə 9 noyabr – “Dövlət Bayrağı günü”nə həsr olunmuş tədbir keçirilib. -Fotolar
Tarix: 11-11-2026 | Saat: 12:56
Bölmə:Özəl | çapa göndər

Şəmkirdə 9 noyabr – “Dövlət Bayrağı günü”nə həsr olunmuş tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 9 noyabr – “Dövlət Bayrağı günü”nə həsr olunmuş tədbir keçirilib.

aia.az xəbər verir ki,tədbirdə ilk olaraq 9 noyabr – “Dövlət Bayrağı günü”nə həsr olunmuş kitab sərgisinə baxış keçirilib və müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev qeyd edib ki, Azərbaycan xalqının tarixində milli dövlətçilik ənənələrinin qorunması, müstəqilliyin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin yaşadılması mühüm yer tutur. Bu dəyərlərin ən parlaq ifadələrindən biri Azərbaycan Respublikasının Dövlət Bayrağıdır. Üçrəngli bayrağımız xalqımızın azadlıq iradəsini, milli birliyini, dövlət müstəqilliyini və gələcəyə olan inamını özündə əks etdirir.

Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin müxtəlif bölgələrində maarifləndirici tədbirlər, konfranslar, dəyirmi masalar, sərgilər və vətənpərvərlik mövzusunda görüşlər təşkil olunur. Bu tədbirlərin əsas məqsədi gənc nəslə dövlət rəmzlərimizə hörmət hissini aşılamaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək və vətənpərvərlik ruhunu yüksəltməkdir. Dövlət Bayrağımız hər bir azərbaycanlı üçün müqəddəsdir. Onu qorumaq, ucalığını daim yaşatmaq və gələcək nəsillərə ötürmək hər bir vətəndaşın mənəvi borcudur. Çünki bayrağımız yalnız bir dövlət atributu deyil, həm də xalqımızın tarixinin, mübarizəsinin, birliyinin və müstəqillik əzminin ifadəsidir.

Daha sonra tədbir Şəmkir Mədəniyyət Mərkəzinin kollektivinin və Şəmkir uşaq musiqi məktəbin müəllim, şagird kollektivinin ifasında konsert proqramı ilə davam etdirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-11-2026