Mobil versiya
MASALLIDA AQRAR SAHƏDƏ HƏYATA KEÇİRİLƏN KƏND İNVESTİSİYA LAYİHƏLƏRİ RAZILIQ DOĞURUR
Tarix: 21-04-2017 | Saat: 13:09
Bölmə:Gündəm / Seçilənlər-1 / Manşet | çapa göndər

MASALLIDA AQRAR SAHƏDƏ HƏYATA KEÇİRİLƏN KƏND İNVESTİSİYA LAYİHƏLƏRİ RAZILIQ DOĞURUR


Respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da 2017-ci ilin birinci rübü sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.

Rüb ərzində rayon üzrə məhsul istehsalı göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 % artaraq 2,1 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 % artaraq 1,6 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 5,1 % artaraq 0,8 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,7 % artaraq 0,5 milyon manat olmuşdur.

Rüb ərzində adambaşına düşən pul gəlirləri 562,1 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 298,8 manat olmuşdur.

2017-ci ilin birinci rübündə Masallı rayonunun gəlirləri 13 milyon 45 min 14 manata qarşı 15 milyon 653 min 75 manat və ya 120 % icra olunmşdur. Rayonun yerli xərcləri isə 22 milyon 216 min 75 manata qarşı 14 milyon 370 min 10 manat və ya 64,6 % icra olunmuşdur.



Rayonda əhalinin 90 %-ə yaxını kəndlərdə yaşayır və onların yeganə gəlir mənbəyi torpaqdır. Ona görə də burada torpaqdan səmərəli istifadə olunmaqla kənd təsərrüfatının inkişafı çox böyük əhəmiyyət daşıyır. Bu nöqteyi-nəzərdən, Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istixanaların quraşdırılması, çiyələk təsərrüftlarının və tədarük mərkəzlərinin yaradılması, tütünçülüyün və baramaçılığın inkişafı əhalinin sosial rifahının yüksəlməsinə xidmət edən həlli vacib layihələr kimi rayon rəhbərliyinin, şəxsən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Masallı rayonunda sahibkarlığın inkişafına dəstək vermək, onlara köməklik göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifə kimi qarşıya qoyulmuşdur.

Rayonda çayçılıq, üzümçülük, və tərəvəzçilik sahələrində müəyyən işlər görülmüşdür. Belə ki, 5 hektar sahədə keçmişdə mövcud olan çay sahəsi bərpa edilmiş və rayonun Kolatan kəndi ərazisində "Azərsun Holdinq" şirkəti tərəfindən 100 hektar sahə çay əkini aparılması üçün hazır vəziyyətə gətirilmiş və 50 ha sahədə çay bitkisi əkilmişdir. Qızılağac kəndində "Azərsun Holdinq" tərəfindən 150 ha müasir texnologiyalarla tərəvəz bitkilərinin yerləşdirilməsi üçün torpaq sahəsi ayrılmış və həmin sahədə 100 % əkin işləri aparılmışdır.



Masallıda kənd təsərrüfatının inkişafı etdirilməsi ilə bağlı əhəmiyyətli layihələrin keçirildiyi inzibati vahidlərdən biri də Şərəfə ərazisidir. Şərəfə inzibati ərazi vahidliyi Şərəfə və Ağakişibəyli yaşayış məntəqələrini əhatə edir. Məhz RİH başçısı cənab R. Hüseynovun əmri ilə Şərəfədə 2 ha sahədə çəltik, 3 ha sahədə tütün, 15 ha sahədə çiyələk, 4 ha sahədə istixana üsulu ilə pomidor və xiyar, 1 ha sahədə Fransadan gətirilmiş üzüm tingləri əkilmişdir. Dövlət başçısına təqdim olunan və bəyənilən bu layihənin uğurla icra olunmasına RİH-nin ərazi üzrə nümayəndəliyinin sədri cənab Valeh Seyfullayev gündəlik nəzarət edir. Kənddə ezamiyyətdə olduğumuz vaxt Şərəfə kənd bələdiyyə sədri Əliməmməd Ziyadov, sakinlərdən Hilal Xankişiyev, veteran müəllim, Əşrəf Mövsümov, Qabil Məmmədov, ərazinin sosial tədbirlərinə fəal dəstək verən broylerçi fermer İsa Bağırov burada həyata keçirilən kənd investisiya layihələrini alqışlayaraq, bütün həmkəndliləri adından insanların həyat şəraitinin yaxşılaşdırılması, əhalinin məşğulluğunun təmini üçün yaradılmış şəraitə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Rayon İcra Başçısı Rafil Hüseynova minnətdarlıq ifadə etdilər. Ümidvar olduqlarını bildirdilər ki, tezliklə bu layihə və digər analoji mütərəqqi layihələr uğurla gerçəkləşəcək, Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan daxili tələbatını da ödəyəcək, eləcə də ixrac üçün də imkan yaranacaqdır.

Elbrus BAĞIROV

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə