Mobil versiya
İordaniyada kilsəyə qanlı hücum – 9 nəfər öldü, 3 şübhəli saxlanıldı
Tarix: 26-10-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

İordaniyada kilsəyə qanlı hücum – 9 nəfər öldü, 3 şübhəli saxlanıldı


İordaniyanın Əl-Kərak əyalətində yerləşən pravoslav kilsəsinə dəfn mərasimi zamanı silahlı hücum edildiyi bildirilir.

Yayılan məlumata görə, hücum nəticəsində 9 nəfər həyatını itirib, 30-dan çox şəxs yaralanıb.

İordaniya Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı hadisədə şübhəli bilinən üç nəfər saxlanılıb.

Ölkənin daxili işlər naziri hücumla əlaqəsi olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi üçün araşdırmaların davam etdirildiyini bildirib.

Hadisənin motivləri və saxlanılan şəxslərlə bağlı əlavə təfərrüatlar hələ açıqlanmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-10-2026