Putinə Ukrayna müharibəsini bitirmək üçün iki ssenari – Donbasla bağlı diqqətçəkən təklif
Tarix: 20-10-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Avropada iki mümkün ssenari müzakirə olunur. Təkliflər Ukraynanın NATO üzvlüyü və Donbasın gələcək statusu ilə bağlı fərqli yanaşmaları əhatə edir.
“Financial Times” qəzetinin analitiki Qideon Raxmanın fikrincə, birinci variant döyüşlərin hazırkı cəbhə xəttində dayandırılmasını və bunun müqabilində Ukraynanın NATO-ya üzv olmayacağına zəmanət verilməsini nəzərdə tutur.
İkinci ssenaridə isə Donbasın Ukraynanın nəzarətində qalan hissəsinin Rusiyaya verilməsi, əvəzində Kiyevin NATO-ya qoşulmasına imkan yaradılması ehtimalı nəzərdən keçirilir.
Analitik hesab edir ki, hər iki variant Ukraynada ciddi narazılıq doğura və ölkənin maraqlarına xəyanət kimi qiymətləndirilə bilər.
Raxmanın sözlərinə görə, Avropada ABŞ-nin vasitəçiliyindən asılı qalmadan Moskva ilə birbaşa danışıqların aparılması fikri getdikcə daha çox müzakirə olunur. Hətta yaxın vaxtlarda Avropa liderləri ilə Vladimir Putin arasında telefon danışığının baş tutması ehtimalı da istisna edilmir.
Bununla belə, Rusiyanın təklif edilən ssenarilərdən hər hansı birini qəbul edəcəyi qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, bunlar analitikin təqdim etdiyi mümkün variantlardır. Onların Avropa dövlətləri tərəfindən rəsmi sülh təklifi kimi irəli sürüldüyü təsdiqlənməyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-10-2026