Mobil versiya
Hikmət Hacıyev Emin Millini qəbul etdi
Tarix: 20-10-2026 | Saat: 17:53
Bölmə:Siyasət | çapa göndər

Hikmət Hacıyev Emin Millini qəbul etdi


Almaniyada yaşayan azərbaycanlı fəal Emin Milli Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qəbulunda olub.

aia.az xəbər verir ki, bu barədə Emin Milli sosial şəbəkədə paylaşım edib.

“Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşməkdən məmnun oldum. Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, Orta Dəhlizin potensialı və beynəlxalq aləmdə baş verən son hadisələr ətrafında maraqlı fikir mübadiləsi apardıq”, - o qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2026