30 yaşdan sonra başlayır, yuyunmaqla tam keçmir – Bədəndəki bu dəyişiklik təəccübləndirir
Tarix: 20-10-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

İnsan orqanizmində yaş artdıqca baş verən dəyişikliklər bədən qoxusuna da təsir göstərə bilər. Xüsusilə yaşlı insanlarda hiss edilən xarakterik qoxunun səbəbi hər zaman şəxsi gigiyena ilə bağlı deyil.
Kimyaçı Xose Mariya Antonun sözlərinə görə, bu qoxunun yaranmasında 2-nonenal adlı kimyəvi maddə mühüm rol oynayır. Maddə dəridəki yağ turşularının oksidləşməsi nəticəsində əmələ gəlir.
Mütəxəssis bildirir ki, bu proses təxminən 30 yaşdan etibarən başlaya bilər. Lakin xarakterik qoxu əsasən 60 yaşdan sonra daha çox nəzərə çarpır.
Yaşla əlaqədar hormonal dəyişikliklər və orqanizmin antioksidant müdafiəsinin zəifləməsi 2-nonenalın yaranmasına təsir göstərə bilər.
Maraqlıdır ki, bu maddə suda çətin həll olduğu üçün adi yuyunma zamanı dəridən tam təmizlənməyə bilər. Buna görə də sözügedən qoxunu yalnız gigiyena çatışmazlığı ilə əlaqələndirmək düzgün deyil.
Bu xüsusiyyət ilk dəfə 2001-ci ildə Yaponiyanın “Shiseido” şirkətinin tədqiqatçıları tərəfindən araşdırılıb. Yaponiyada yaşla əlaqəli bu qoxu “Kareishu” adlandırılır.
Alimlər hazırda 2-nonenalın yaratdığı qoxunu azaltmağa kömək edən kosmetik vasitələr üzərində araşdırmalar aparırlar.
Qeyd edək ki, bədən qoxusunun dəyişməsi hər zaman yaşlanma ilə əlaqəli olmur. Qəfil yaranan və ya qeyri-adi qoxular bəzi sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-10-2026