Mobil versiya
Türkiyədə PKK ilə bağlı mühüm qərar gözlənilir – Tarix açıqlandı
Tarix: 16-10-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

Türkiyədə PKK ilə bağlı mühüm qərar gözlənilir – Tarix açıqlandı



Türkiyədə həyata keçirilən “Terrorsuz Türkiyə” prosesi ilə bağlı mühüm qərarın 2026-cı ilin sonunadək qəbul olunması gözlənilir.

Bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum açıqlama verib. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Şurası proseslə bağlı yekun qərarı ilin sonuna qədər qəbul edə bilər.

Uçum bildirib ki, nəzərdə tutulan hüquqi mexanizm çərçivəsində PKK ilə əlaqəsi olan şəxslər prokurorluq orqanlarına şəxsən və ya vəkilləri vasitəsilə müraciət etmək imkanı əldə edə bilərlər.

Prezidentin baş müşaviri yeni qanunvericilik təşəbbüsünü Türkiyədə təxminən 50 ildir davam edən terrorizm probleminin aradan qaldırılması baxımından mühüm fürsət kimi qiymətləndirib.

Qeyd edək ki, proseslə bağlı yekun qərar hələ qəbul olunmayıb. Yeni hüquqi mexanizmin konkret şərtləri və tətbiq qaydaları isə müvafiq qərarlardan sonra aydınlaşacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2026