Mobil versiya
Toral Bayramovun transfer qiyməti 200 min avro düşdü
Tarix: 08-10-2026 | Saat: 12:31
Bölmə:İdman | çapa göndər

Toral Bayramovun transfer qiyməti 200 min avro düşdü

Türkiyə 1-ci Liqasında komandaların və futbolçuların dəyəri yenilənib.

aia.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramov da siyahının üst sıralarındadır.

25 yaşlı sol cinah müdafiəçisi liqanın ən dəyərli 4-cü futbolçusudur. Son dönəmlərdə 200 min avroluq dəyər itirən Bayramovun hazırkı transfer qiyməti 1,8 milyon avroya bərabərdir. Onu qabaqlayan 3 oyunçunun hamısı komanda yoldaşlarıdır.

İlk “üçlük”də müvafiq olaraq “Bursaspor”un digər oyunçuları Keleçi İhenaço (2,8 milyon avro), Linkoln (2,7 milyon) və Juergen Elitim (2,2 milyon) qərarlaşıblar. Onlar da Bayramov kimi dəyər itiriblər.

Liqanın ən dəyərli komandası isə elə “Bursaspor”dur. Bursalıların futbolçularının ümumi transfer qiyməti 19 milyon avrodur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-10-2026