Ana Sayfa > Manşet / Özəl > Novruzəli Aslanov İsmayıllının üç kəndində vətəndaşları qəbul edib
Novruzəli Aslanov İsmayıllının üç kəndində vətəndaşları qəbul edibBu gün, 13:50. Yazar: azer |
![]() Milli Məclisin deputatı Novruzəli Aslanov 08 oktyabr 2026-cı il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçicilərlə görüşüb. aia.az xəbər verir ki, millət vəkili bu dəfə vətəndaşları rayonun 3 kəndində qəbul edib. Birinci görüş Qalacıq kəndində keçirilib. Daha sonra N.Aslanov rayonun İstisu və Sumağallı kəndlərində vətəndaşları qəbul edib. Hər üç qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə edilib. Novruzəli Aslanov qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib. Deputat Novruzəli Aslanovun keçirdiyi qəbullarda iştirak edən Qalacıq, İstisu və Sumağallı kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Geri dön |