Mobil versiya
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
Tarix: 06-10-2026 | Saat: 09:17
Bölmə:Dünya | çapa göndər

Ukraynanın bütün lokomotivləri məhv edildi -


Ukrayna Rusiyanın dəmir yolu infrastrukturunu atəşə tutması səbəbindən ehtiyat lokomotivlərin kəskin çatışmazlığı ilə üzləşib. Bu da taxıl və dəmir filizi ixracını təhlükə altında qoyur.

aia.az xəbər verir ki, bu barədə Ukraynanın aqrar siyasət naziri Taras Vısotski deyib.

Onun sözlərinə görə, Ukraynanın ehtiyat dəmiryol texnikaları demək olar ki, tükənib. Buna görə də, hakimiyyət orqanları əlavə lokomotivlər təmin etmək üçün eyni dəmiryol eninə malik AB ölkələri ilə danışıqlar aparır.

Qeyd edək ki, son həftələrdə Rusiya Ukraynanın əsas ixrac yüklərini - taxıl və dəmir filizini daşıyan qatarlara qarşı hücumları əhəmiyyətli dərəcədə artırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə