Mobil versiya
ABŞ-da nüvə bombasını yeni sınaq mərhələsi başladı
Tarix: 15-04-2017 | Saat: 16:08
Bölmə:Media | çapa göndər

ABŞ-da nüvə bombasını yeni sınaq mərhələsi başladı



ABŞ hərbçiləri ixtisaslaşmış nüvə bombasının 12-ci modifikasiyasının, "B61-12"-nin ilk sınağını keçirib.

AİA.Az report-a istinadən xəbər verir ki, sınaq nüvə başlıqsız keçirilib.

İnformasiyaya əsasən, Nüvə təhlükəsizliyi üzrə mili idarə və ABŞ-ın Hərbi Hava Qüvvələri birlikdə "B61" nüvə bombasının sınaqdan çıxarmağa başlayıblar.

Məlumata görə, ilk sınaq bu il martın 14-də Nevada ştatının "Tonopa" poliqonunda keçirilib. Bombalar "F-16" qırıcı təyyarələrindən atılıb.

Xəbərdə bildirilib ki, "B61" nüvə bombası 1968-ci ildən ABŞ-ın Hərbi Hava Qüvvələrinin silah arsenalına daxil edilib. Hazırda onları modifikasiya edilən "B61-12" bombaları ilə əvəzləməyi planlaşdırırlar.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə