Ana Sayfa > Media > ABŞ-da nüvə bombasını yeni sınaq mərhələsi başladı
ABŞ-da nüvə bombasını yeni sınaq mərhələsi başladı15-04-2017, 16:08. Yazar: admin |
![]() ABŞ hərbçiləri ixtisaslaşmış nüvə bombasının 12-ci modifikasiyasının, "B61-12"-nin ilk sınağını keçirib. AİA.Az report-a istinadən xəbər verir ki, sınaq nüvə başlıqsız keçirilib. İnformasiyaya əsasən, Nüvə təhlükəsizliyi üzrə mili idarə və ABŞ-ın Hərbi Hava Qüvvələri birlikdə "B61" nüvə bombasının sınaqdan çıxarmağa başlayıblar. Məlumata görə, ilk sınaq bu il martın 14-də Nevada ştatının "Tonopa" poliqonunda keçirilib. Bombalar "F-16" qırıcı təyyarələrindən atılıb. Xəbərdə bildirilib ki, "B61" nüvə bombası 1968-ci ildən ABŞ-ın Hərbi Hava Qüvvələrinin silah arsenalına daxil edilib. Hazırda onları modifikasiya edilən "B61-12" bombaları ilə əvəzləməyi planlaşdırırlar. AİA.az Geri dön |