Mobil versiya
Əsədi öz generalı satdı - Silahlar orda gizlədilib
Tarix: 15-04-2017 | Saat: 16:07
Bölmə:Gündəm | çapa göndər

Əsədi öz generalı satdı - Silahlar orda gizlədilib



Suriya hakimiyyəti yüzlərlə ton kimyəvi silah gizlədib.

AİA.Az axar.az-a istinadən xəbər verir ki, bunu "Teleqraf" qəzetinə açıqlamasında Suriya ordusunun eks-generalı Zaher əs-Sakat söyləyib.

"Onlar etiraf edirdilər ki, 1,3 ton kimyəvi silahları var. Biz isə onların bundan iki dəfə çox kimyəvi silaha sahib olduqlarını bilirik. Onların kimyəvi silahlarının miqdarı ləğv edilməzdən əvvəl 2 min tondan çox idi. İndi isə Suriyada bilinməyən kimyəvi silah ehtiyatı bir neçə yüz tondur. Kimyəvi silah ehtiyatı mövqelərin gücləndirilməsi üçün Homs yaxınlığındakı dağlara və Tartusun Cabla şəhərinin yaxınlığına yığılıb", - o bildirib.

Qeyd edək ki, Sakat 2013-cü ilə qədər Suriya ordusunun 5-ci diviziyasının kimyəvi silahlar üzrə bölməsinə rəhbərlik edib. 2013-cü ilin martında o, Suriya ordusundan qaçıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə