Ana Sayfa > Gündəm > Əsədi öz generalı satdı - Silahlar orda gizlədilib
Əsədi öz generalı satdı - Silahlar orda gizlədilib15-04-2017, 16:07. Yazar: admin |
Suriya hakimiyyəti yüzlərlə ton kimyəvi silah gizlədib. AİA.Az axar.az-a istinadən xəbər verir ki, bunu "Teleqraf" qəzetinə açıqlamasında Suriya ordusunun eks-generalı Zaher əs-Sakat söyləyib. "Onlar etiraf edirdilər ki, 1,3 ton kimyəvi silahları var. Biz isə onların bundan iki dəfə çox kimyəvi silaha sahib olduqlarını bilirik. Onların kimyəvi silahlarının miqdarı ləğv edilməzdən əvvəl 2 min tondan çox idi. İndi isə Suriyada bilinməyən kimyəvi silah ehtiyatı bir neçə yüz tondur. Kimyəvi silah ehtiyatı mövqelərin gücləndirilməsi üçün Homs yaxınlığındakı dağlara və Tartusun Cabla şəhərinin yaxınlığına yığılıb", - o bildirib. Qeyd edək ki, Sakat 2013-cü ilə qədər Suriya ordusunun 5-ci diviziyasının kimyəvi silahlar üzrə bölməsinə rəhbərlik edib. 2013-cü ilin martında o, Suriya ordusundan qaçıb. AİA.az Geri dön |