Mobil versiya
Mehman Əliyev: “MTRŞ müəyyən dairənin tapşırığını yerinə yetirir”
Tarix: 10-10-2015, 12:58 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet2 / Karusel | çapa göndər

Mehman Əliyev: “MTRŞ müəyyən dairənin tapşırığını yerinə yetirir”


MTRŞ-ANS davasında daha bir məhkəmə iddiası

Son günlərin əsas müzakirə mövzusu Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə telekanallarımız arasında cərəyan edən məlum hadisələrdir. MTRŞ-nin sentyabrın 30-da keçirilən iclasından sonra tərəflər arasında gərginlik hər ötən gün daha da artır.

MTRŞ bir sıra tok-şou verilişlərini qapatsa da, hadisələrin mərkəzi nöqtəsində ANS dayandı.

Buna səbəb də ATV-dən fərqli olaraq, ANS telekanalının prosesə dirəniş göstərməsidir. Ölkəmizdə fəaliyyət göstərən televiziyalar içərisində ANS yeganə kanaldır ki, arxasında heç bir məmur və ya qurum dayanmır. Yəni bir növ müstəqilliyini qismən saxlaya bilib. ANS daha çox Qərb dairələrinə yaxın kanal kimi də qəbul edilir. Bütün bunlara görə, kanalın MTRŞ-nin hər hücumunda əsas hədəfə tuş gəldiyi deyilir.

MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmlinin açıqlamalarında birbaşa ANS-i hədəfə alması, kanal barəsində sərt fikirlər səsləndirməsi bir çox mətləblərdən xəbər verdi. O, açıq şəkildə bir sıra kanalların bağlanma təhlükəsi ilə üz-üzə qaldığını üstüörtülü şəkildə vurğuladı. Onun “Azərbaycanda qoy 10 televiziya kanalı olmasın, 6 və ya 7 televiziya kanalı olsun” kimi fikirləri, bəlkə də son 10 gündə yaşanan qalmaqalların açarı idi...

Bütün bunlardan sonra bəzi ekspertlər proqnozlaşdırırlar ki, ANS-i 2006-cı ilin taleyi gözləyir. Gedən proseslər də bunu deməyə əsas verir. MTRŞ-nin son iclasında “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ANS-in 54 min manat məbləğində cərimə olunması, son olaraq da rəsmi qurumun seriallara ayrılan dövlət büdcəsindən kanalın düzgün istifadə etməməsi ilə bağlı məhkəməyə müraciət etməsi yaşanan proseslərin xoş sonluqla bitməyəcəyinin göstəricisidir.

Hazırda hakimiyyətə qarşı loyal münasibət sərgiləyən bir kanala qarşı seçkiöncəsi bu şəkildə basqıların olması suallar doğurmaya bilməz.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, hər seçkiöncəsi ANS-ə qarşı belə təzyiqlər olur: “Seçkiöncəsi daim şahidi oluruq ki, ANS-ə ya xəbərdarlıq edilir, ya da Vergilər Nazirliyi araşdırmalara başlayır. Bu, daha çox parlament seçkiləri zamanı kanalın özünü müəyyən çərçivədə saxlaması ilə bağlıdır. Reallıqdır ki, bütün media orqanlarında az-çox dərəcədə senzura var. Bu, birbaşa seçkilərlə əlaqədardır”.

M.Əliyev ANS-in 2006-cı ildəki qədər təzyiqlərə məruz qalmayacağını düşünür: “İndiki vaxtda belə bir vəziyyət görmürəm. 2006-cı il kifayət qədər gərgin dövr idi. Əhalinin qarşıdan gələn seçkilərdə fəal olmasını istəmirlər. MTRŞ müəyyən dairənin tapşırığını yerinə yetirir. Çünki müstəqil qurum deyil və Prezident Administrasiyasına bağlıdır. Cəmiyyət kanallardan obyektivlik, düzgün məlumat, balans qoruma gözləyir. Çünki hər bir vətəndaş normal məlumat almalıdır ki, buna uyğun da hərəkət etsin. Bütün bunlar hüquq və qanunların pozulmasıdır. MTRŞ-nin özü də əsasnaməsinə əməl etmir. O zaman kimə lazımdır bu qurum?”

“Turan” rəhbəri ANS-in Qərblə bağlı olması fikirlərini qəbul etmir: “Açığı, ANS-in Qərbə bağlı olduğunu, Qərbin müəyyən dairələri tərəfindən dəstəkləndiyini görmürəm. Əslində daha çox prezidenti və onun yaxın ətrafını təqdir edir. Tək ANS böhranda deyil. Bütün telekanallar bu vəziyyətdədir. Azərbaycan mediası da bu vəziyyəti yaşayır. Bu ondan irəli gəlir ki, bütün mediaya hakimiyyət tərəfindən ciddi təzyiqlər var. Hamı qorxu altındadır. Müxtəlif təzyiq növləri ilə media nəzarətə götürülüb. Medianın özünü dolandıra bilməməsi kimi ciddi problem var. Uzun müddət davam edən vəziyyətdir. ANS bu vəziyyətin bir tərkib hissəsidir”.(musavat.com)



5493 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30