Suriyada uşaqları zəhərləyən cəllad tapıldı - FOTO
Tarix: 10-04-2017 | Saat: 16:46
Bölmə:Gündəm / Karusel | çapa göndər
Suriyanın İdlib vilayətindəki Xan Şeyhun şəhərinə kimyəvi-zəhərləyici qaz olan "zarin"li bombalar atan təyyarənin pilotunun kimliyi bilinib.
87 dinc sakinin, o cümlədən onlarla uşağın əzabla ölmələrinə səbəb olmuş bu bombardmanı Suriya Hərbi-Hava Qüvvələrinin generalı Məhəmməd Haytam Həsuri gerçəkləşdirib.
AİA.Az Al Jazeera-ya istinadən bildirir ki, general M.Həsuri Suriya prezidenti Bəşər Əsədin ordusunda eskadra komandiridir.
Suriya parlamentinin Hələb şəhərindən olan deputatı, rəsmi Dəməşqin funksionerlərindən biri Farez Şəhabi Twitter-dəki profilində general Həsurinin fotosunu dərc edib. Fotoda Suriya silahlı qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Əli Abdulla Əyyub onun əlini sıxır.
Foto bu sözlərlə müşayiət olunub: "General Həsuriyə "Əl Qaida"nın İdlib vilayətindəki Xan Şeyhun şəhərindəki anbarlarını uğurla vurduğuna görə minnətdarlıq edilir".
Suriyanın hakimiyyət dairələri bildirirlər ki, onlar Xan Şeyhunda "terrorçuların kimyəvi-zəhərləyici maddəli sursatları saxladıqları anbarları" vurublar.
General Həsuri Xan Şeyhundan 22 km aralıdakı Latamin kəndinə də martın 30-da "zarin"li bombalar atmışdı.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024