Ana Sayfa > Gündəm / Karusel > Suriyada uşaqları zəhərləyən cəllad tapıldı - FOTO
Suriyada uşaqları zəhərləyən cəllad tapıldı - FOTO10-04-2017, 16:46. Yazar: admin |
Suriyanın İdlib vilayətindəki Xan Şeyhun şəhərinə kimyəvi-zəhərləyici qaz olan "zarin"li bombalar atan təyyarənin pilotunun kimliyi bilinib. 87 dinc sakinin, o cümlədən onlarla uşağın əzabla ölmələrinə səbəb olmuş bu bombardmanı Suriya Hərbi-Hava Qüvvələrinin generalı Məhəmməd Haytam Həsuri gerçəkləşdirib. AİA.Az Al Jazeera-ya istinadən bildirir ki, general M.Həsuri Suriya prezidenti Bəşər Əsədin ordusunda eskadra komandiridir. Suriya parlamentinin Hələb şəhərindən olan deputatı, rəsmi Dəməşqin funksionerlərindən biri Farez Şəhabi Twitter-dəki profilində general Həsurinin fotosunu dərc edib. Fotoda Suriya silahlı qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Əli Abdulla Əyyub onun əlini sıxır. Foto bu sözlərlə müşayiət olunub: "General Həsuriyə "Əl Qaida"nın İdlib vilayətindəki Xan Şeyhun şəhərindəki anbarlarını uğurla vurduğuna görə minnətdarlıq edilir". Suriyanın hakimiyyət dairələri bildirirlər ki, onlar Xan Şeyhunda "terrorçuların kimyəvi-zəhərləyici maddəli sursatları saxladıqları anbarları" vurublar. General Həsuri Xan Şeyhundan 22 km aralıdakı Latamin kəndinə də martın 30-da "zarin"li bombalar atmışdı. AİA.az Geri dön |