Mobil versiya
"Ergun plak"ın sevgilisi ifadə verdi - "Serialdan çıxarıldığı üçün..."
Tarix: 07-09-2026 | Saat: 11:42
Bölmə:Şou-biznes | çapa göndər

"Ergun plak"ın sevgilisi ifadə verdi -

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Serhat Mustafa Kılıç evində ölü tapılıb.

aia.az-ın məlumatına görə, 51 yaşlı aktyoru evində divanda hərəkətsiz vəziyyətdə əşkarlayan sevgilisi Özlem Esmergülün ifadəsi ortaya çıxıb.

Onun sözlərinə görə, Serhat çərşənbə axşamı çəkilişləri üçün "Teşkilat" serialının afişa fotosessiyasına qatılıb, lakin cümə axşamı serialın ilk çəkiliş gününə getməyib. Özlem bildirib ki, bu səbəbdən aktyor serialın heyətindən çıxarılıb:

"Sentyabrın 3-də saat 11:00 radələrində çəkiliş nəzərdə tutulmuşdu. Saat 11:45 radələrində Serhatın həmin çəkilişə getmədiyini öyrəndim. Bundan sonra Serhata zəng etdim. O, boynundakı yırtıq səbəbindən özünü yaxşı hiss etmədiyini, ağrılarının olduğunu, çoxlu dərman qəbul etməsinə baxmayaraq düzəlmədiyi və çox əziyyət çəkdiyini bildirdi. Serhat meneceri ilə danışaraq çəkilişə niyə getmədiyi barədə məlumat verəcəyini söylədi və danışığımızı sonlandırdı.

Bir müddət sonra yenidən ona zəng edərək çəkilişə getmədiyi üçün məsuliyyətsiz davrandığını deyib iradımı bildirdim. Serhat isə xəstəliklə bağlı arayışının olduğunu və bunun problem olmayacağını söylədi.

Həmin gün saat 16:00 radələrində mənə ağlamaqdan boğuq səslə zəng edərək serialdan çıxarıldığını və buna görə çox pis olduğunu bildirdi. Nə etməsindən asılı olmayaraq ağrılarının keçmədiyini, əhvalının pis olduğu üçün heç kimlə görüşmək istəmədiyini bildirdi.

Onun kefsiz olduğunu nəzərə alaraq, özünə gəlməsi və bir qədər tək qalması üçün üzərinə çox getməməyə çalışdım. Bu müddət ərzində dəfələrlə zəng edib, mesaj yazaraq ona dəstək olmağa çalışdım. Lakin Serhat nə mesajlarıma, nə də zənglərimə heç bir şəkildə cavab verdi.

Mən də onun tək qalmaq istədiyini və qəbul etdiyi dərmanların yuxuya səbəb olduğunu düşünərək çox tez-tez zəng etməməyə çalışdım.

Sentyabrın 5-i saat 17:00 radələrində Serhata yenidən zəng etdikdə telefonunun bağlı olduğunu gördüm. Narahat olduğum üçün onun Nurtepe məhəlləsində yerləşən evinə getdim. Ehtiyat açarı məndə olduğu üçün mənzilə daxil oldum.

Onu salonda yerləşən tək nəfərlik kresloda oturmuş vəziyyətdə gördüm. Dərisinin soyuq olmasından və heç bir reaksiya verməməsindən vəziyyətin normal olmadığını anladım. Əvvəlcə bacısı Sinem Kılıça zəng edərək vəziyyəti bildirdim, daha sonra isə dərhal 112 təcili yardım xidmətinə zəng edərək kömək istədim".

Qeyd edək ki, bir müddət əvvəl Serhata boyun nahiyəsində disk yırtığı diaqnozu qoyulub. Bu səbəbdən onun "Teşkilat" serialında çəkilməkdən imtina etdiyi deyilmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2026