Mobil versiya
Vasif Talıbov sərəncam imzaladı
Tarix: 08-10-2015 | Saat: 16:46
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


Nazirliyə tapşırıqlar verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” sərəncam imzalayıb.

Aia.az xəbər verir ki, sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə MR-in Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə Gülüstan türbəsində bərpa işlərinin elmi əsaslarla aparılmasını təmin etmək tapşırılıb.

Sənədə əsasən, AMEA-nın Naxçıvan Bölməsi “Gülüstan türbəsi” tədqiqat qrupunu yaratmalıdır.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına isə bərpadan sonra Gülüstan türbəsinin ziyarətçilərə açıq olması üçün zəruri tədbirlər görmələri tapşırılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024