Mobil versiya
Nazirliyin vəzifəli şəxsinə cinayət işi açıldı - Korrupsiyaya görə
Tarix: 08-10-2015 | Saat: 13:44
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər


Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Maşın Sınaq Stansiyasının fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalar zamanı Dövlət Maşın Sınaq Stansiyasının direktoru Cavanşir Bağırov və digər vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmələri aşkarlanıb. Bundan başqa, onlar müəssisədə faktiki işləməyən şəxslərin adlarına əmək haqqları yazılması, tariflərin düzgün tətbiq edilməməsi və saxta qaimələrin tərtib edilməsi yolu ilə 221.0 min manat məbləğində pul vəsaitlərini mənimsəyərək israf etməklə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurublar. Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə