Mobil versiya
Deputatla başçının seçki kələyi – TƏFƏRRÜAT
Tarix: 08-10-2015 | Saat: 13:32
Bölmə:Manşet / Aia TV / Karusel | çapa göndər

Deputatla başçının seçki kələyi – TƏFƏRRÜAT

Deputat Əsabil Qasımovla İmişlinin icra başçısı Vilyam Hacıyev əlbir olub

Aia.z xəbər verir ki, iki məmur “Karmen”də işə düzəldəcəkləri vədi ilə xeyli işsizin namizədliyini irəli sürüblər. O namizədlər arasında şəriki və qohumu da var.
Jam.az yazıb ki, 79 saylı İmişli Seçki Dairəsindən yenidən namizədliyini irəli sürərək, deputat olmaq istəyən Əsabil Qasımov bu dəfə də mandat sahibi olacağına böyük ümid bəsləyir. O, demokratik seçki görüntüsünü yaratmaq üçün “qaş düzəltdiyi yerdə, vurub göz çıxarıb”.
Qasımov bu zaman özünün alternativlərini formalaşdırıb və onlara bir xeyli vədlər verib. Belə ki, deputat özünə yaxın olan adamları namizəd kimi qeydə aldırıb. Onların arasında xeyli sayda işsiz də var. Və maraqlı odur ki, işsiz olan bu imişlilərə iş verməyən sahibkar-deputat hansı üzlə onların namizədliyinin irəli sürülməsini təşkil edib?
Təbii ki, bu suala biz cavab verə bilmərik. Amma möhtərəm Qasımov həmin sualı cavablandıra bilər. İndi isə keçək mətləbə.
Əsabil Qasımovun 79 saylı İmişli seçki dairəsində “demokratiya görüntüsü” yaratmaq üçün namizdəliyini irəli sürdürdüyü şəxslərdən biri elə onun qohum-əqrəbasıdır.
Məsələn, İmişli Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Ağalar Cavadovun deputatla qohumluq əlaqəsinin olduğu deyilir. Üstəlik, Cavadovu namizədliyini irəli sürməsinə razı salanlardan biri də İmişlinin icra başçısı Vilyam Hacıyev olub. Daha doğrusu, Hacıyev Cavadovdan belə bir addım atmasını tələb edib.
“Araz” MMC-də texnoloq olaraq çalışan Famil Cəbrayılovun seçki haqqında anlayışının olmadığı deyilir. Bu şəxsin də namizdəliyini irəli sürməyə vadar edən deputatla icra başçısı olub. Ki, say çox olsun.
Fermer Qəhrəman Ələkbərov isə Əsabil Qasımovla birgə çalışan şəxslərdən sayılır. İddia edilir ki, “Karmen”in taxılının bir qismini elə deputatlığa namizəd verir.
İşin ən ilginc tərəfi isə odur ki, Əsabil Qasımov özünə xeyli sayda işsizi alternativ seçib. Belə ki, Müstəqil Alkişiyev, Anar Firidunlu, Elgün Tağıyev, İsmayıl Yusifov MSK-nın qeydiyyatında işsiz olaraq göstərilib. Deputatlığa namizəd Habil Şirinov isə təqaüdçüdür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024