“Yeraltı” serialında qalmaqallı iddia: “Azyaşlı qızımla münasibət yaşayıb”
Tarix: 06-08-2026 | Saat: 14:42
Bölmə:Şou-biznes | çapa göndər

“Yeraltı” serialında canlandırdığı "Melek" obrazı ilə tanınan 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçinin atası Ünal Çiftçi qızının onun razılığı olmadan işlədildiyini və serialdakı tərəf müqabili Hakan Çələbi ilə münasibət yaşadığını iddia edərək İstanbul Anadolu Respublika Prokurorluğuna müraciət edib.
aia.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, jurnalist Birsen Altuntaşın yaydığı məlumata görə, Ünal Çiftçi şikayət ərizəsində qızının "OnTalent Menecerlik" şirkəti vasitəsilə aktyorluq fəaliyyəti göstərdiyini, lakin qanuni nümayəndə kimi onun razılığının alınmadığını bildirib.
Atanın sözlərinə görə, o, qızının özündən 10 yaş böyük olan aktyor Hakan Çələbi ilə münasibətdə olduğunu "WhatsApp" yazışmalarından öyrənib və bundan narahat olub. O, həmçinin boşanma prosesində olduğu həyat yoldaşı Kader Çiftçinin bu məsələyə reaksiya vermədiyini iddia edib.
Ünal Çiftçi menecerlik şirkətinin sahibi Gözde Yılmaz və aktyor Hakan Çələbi barəsində şikayətçi olduğunu bildirərək, yetkinlik yaşına çatmayan qızının qorunması üçün hüquqi tədbirlərin görülməsini istəyib.
İddialardan sonra "OnTalent Menecerlik" şirkəti sosial şəbəkə hesabında açıqlama yayıb.
Açıqlamada bildirilib ki, 17 yaşlı bir gəncin şəxsi həyatı və ailədaxili məsələlərinin ictimai müstəvidə müzakirə olunması düzgün deyil. Şirkət Ülkü Hilal Çiftçinin məxfiliyinin, şəxsi hüquqlarının və uşağın ali mənafeyinin hər şeydən üstün tutulmalı olduğunu vurğulayıb.
Bəyanatda həmçinin qeyd olunub ki, aktrisanın bu günə qədər həyata keçirdiyi bütün aktyorluq fəaliyyəti qanuni nümayəndəsinin məlumatı və razılığı əsasında, qüvvədə olan qanunvericiliyə uyğun şəkildə həyata keçirilib.
Şirkət öz ünvanına səsləndirilən iddiaları təkzib edib və hüquqi hüquqlarını qoruduğunu bildirərək, əsas məqsədlərinin Ülkü Hilal Çiftçinin hüquqlarını və peşəkar gələcəyini qorumaq olduğunu qeyd edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-08-2026