Mobil versiya
Keçmiş qaynana gəlini toyda boğdu - Bakıda
Tarix: 06-10-2015 | Saat: 13:48
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər

Keçmiş qaynana gəlini toyda boğdu - Bakıda

Oktyabrın 5-də Bakının məhşur şadlıq evlərinin birində baş tutan toyda şok olay yaşanıb

Aia.az xəbər verir ki, toyun ortasında gəlinin əvvəlki adaxlasının anası “intiqam” almaq üçün çağırılmadan məclisə təşrif buyurub. Onun bu gəlişi hər iki tərəfdə çaşqınlıq yaradıb.

Belə ki, gəlinin sabiq adaxlısının anası onun oğlu ilə birlikdə olduğu şəkillərini bəyin qarşısına qoyub. Onun bu hərəkəti bəyi özündən çıxarıb. Evləndiyi qadının illər öncə başqası ilə çəkilmiş şəkillərini görən bəy masanın üstündəki boşqabları sabiq qaynanaya tərəf atıb.

Bəyin bu hərəkəti ortalığı bir az da qızışdırıb. Toya dəvətsiz gələn qadın gəlinə hücum çəkərək saçını yolub və boğmağa başlayıb.

Hadisəni belə görən qonaqlar araya girərək hər iki tərəfi sakitləşdirib.

Nəticədə sabiq qayınana şəkilləri ilə birlikdə zaldan bayıra atılıb.

Bundan sonra toy davam edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə