Mobil versiya
"Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
Tarix: 21-07-2026 | Saat: 08:54
Bölmə:Şou-biznes | çapa göndər

"Toydan paylaşım etməyə utanıram" -

Uzun müddətdir efirdə görünməyən Əməkdar artist Səbinə Babayeva sənət fəaliyyətindəki fasilədən danışıb.

aia.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi hər şeyə yenidən başladığını bildirib:

"Hər şeyi sıfırdan başlayıram. Bunun üçün enerjini toplamaq çox çətin idi. Bundan sonra tez-tez görünəcəyəm. Bəziləri elə bilir ki, hələ də Moskvada yaşayıram. Amma Rusiyadan artıq 2 ildən çoxdur ki, qayıtmışam".

S.Babayeva toy və şou-proqramlardan video paylaşmamasının səbəbini də açıqlayıb. O, bunu inkişafdan qalmaq kimi qiymətləndirdiyini bildirib:

"Mənə deyirlər ki, toydakı, şou-proqramdakı çıxışlarından niyə səhifəndə video paylaşmırsan? Çünki mən utanıram. Elə bilirəm ki, biz artıq böyük səhnələrdə, qastrollarda olmalıyıq. Toy, şou-proqram, ad günü, korporativ - bunların hamısı olub-keçib. İnkişaf etmək lazımdır. Demək ki, inkişaf yoxdur. Bizdə başqa biznes yoxdur. Heydər Əliyev Fondunun təşkil etdiyi gözəl konsertlər var, orada çıxış etmək istəyirəm. Restorandan paylaşım etmək istəmirəm". (Axşam.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2026