Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir 108 İLLİK KEŞMƏKEŞLİ VƏ ŞƏRƏFLİ YOL
Tarix: 01-07-2026 | Saat: 13:24
Bölmə:Karusel / Manşet / Gündəm / Ölkə / Özəl | çapa göndər
2 iyul - Azərbaycan Polisi Günüdür

Polis, daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından biridir. O, Azərbaycan dövlətinə, dövlətçiliyinə, Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Sizə inanıram, sizə arxalanıram.
Ümummilli Lider Heydər Əliyev
Polis əməkdaşları qanunun keşiyində dayanırlar, cinayətkarlığa qarşı mübarizə aparırlar, onlar öz həyatlarını risk altına qoyurlar, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri vardır. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm.
Azərbaycan Prezidenti İlham Əliyev
Səyyad AĞBABALI
Əməkdar jurnalist
Azərbaycan dünya üçün çox önəmli bir coğrafi məkandır. Öz təbii sərvətlərinə, geosiyasi mövqeyinə görə ölkəmiz həmişə böyük güclərin və dövlətlərin maraq dairəsində olub. Bu maraqlar isə bəzi qardaş dövlətlər istisna olmaqla, xoş niyyət güdməyib. Əksinə, uzun illər ərzində Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına sahiblənmək, bu cənnət məkanı parça-parça etmək, separatizm meyllərinin meydan sulamasına münbit şərait yaratmaq, daxildəki səbatsız ünsürləri şirnikləndirmək yolu ilə ölkəni “vintlərini daim gərginlikdə saxlamaq” kimi məkrli yollarla asılı vəziyyətə salmaq niyyəti güdüb. Azərbaycana və onun xalqına demokratiya, insan haqları və azadlıqları dəyərləri ilə maskalanıb dərs verməyə çalışanların iç üzü çoxdan açılıb. Onların üzündəki pərdə yırtıldıqca qara niyyətləri daha qabarıq görünüb.
Bu qeyd olunanları, əlbəttə, çoxları yaxşı bilir. Məsələ odur ki, biz daim keçmişə nəzər salıb onu dərindən təhlil etməli, nəticə çıxarmalı, bu günümüzü xəyallar aləmində deyil, mövcud reallıqlar fonunda yaşamalı, gələcəyimizi isə aydın görməliyik. Bu isə təklərə nəsib olan xilqətdir. Yalnız böyük şəxsiyyətlər, xalq və dövlət qarşısında tarixi xidmətləri olan, ən çətin məqamlarda doğru yolu müəyyənləşdirənlər bu keyfiyyətlərə malikdirlər.
İllər tarixə çevrildikcə Azərbaycan xalqının milli şüuru Ulu Öndər Heydər Əliyevin xilaskar missiyasını daha aydın görməyə başlayır. Məhz Ümummilli Liderin tarixi xidmətləri nəticəsində Azərbaycanın real müstəqilliyi dönməz, əbədi xarakter aldı. Ulu Öndərin daxili və xarici siyasətini,uzun illər üçün müəyyənləşdirdiyi strategiyanı Prezident İlham Əliyev qüsursuz, qətiyyətlə, şərəflə, xalqa ləyaqətlə xidmət göstərməklə davam etdirir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasının baş memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevdir, Azərbaycan zabiti və əsgəridir. Bu gün inkişaf edən, gələcəyi aydın görünən Azərbaycanın qələbəsinin rəhni sarsılmaz xalq və iqtidar birliyi təşkil edir.
Sözsüz, liderlərin, dövlət rəhbərlərinin müəyyənləşdirdiyi strateji xətti həyata keçirmək üçün hakimiyyət strukturlarının rolu böyükdür. Dövlətin, xalqın təhlükəsizliyini qorumaq üçün müxtəlif təhlükəsizlik qurumları, hüquq-mühafizə orqanları var. Onların arasında DİN və onun strukturlarının əvəzolunmaz, müstəsna yeri var.
Tarixi məxəzlərin təsdiq etdiyinə görə, ilk uyezd polis idarələrinin əsası 1840-cı ildə qoyulub. Həmin idarələr ilk vaxtlar Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba, Şuşa və digər bölgələrdə fəaliyyət göstərməklə ölkə ərazisini bütövlükdə əhatə edib. Həmin vaxtlar polis idarələri quberniya rəhbərliyinə tabe olub. O dövrün polisi xırda cinayət hadisələrinə baxmaqla, məhkəmə funksiyalarını da yerinə yetirib. O vaxt polismeysterlər həm də asayişi qorumağa, əmin-amanlığı təmin etməyə məsul olublar.
Bəzi tarixi hadisələri, statistik rəqəmləri və faktları qeyd etmək, zənnimcə, yerinə düşər. XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda neft bumu başlayır. Bakı dünyada istehsal olunan neftin yarısını, çar Rusiyası İmperiyasında isə təxminən 95 faizini hasil edir. Bir tərəfdə milyonlara yiyələnmiş neftxudalar, xüsusilə əcnəbilər (onların arasında ermənilər kifayət qədər çox olub), digər tərəfdə isə ac-yalavac on minlərlə insan. Zülm gündən-günə şiddətlənir, məmur özbaşınalığı, fəhlələrin kölə kimi işlədilməsi və hüquqsuzluğu kütləvi tətillərə səbəb olur. Yerli hakimiyyət orqanları duruş gətirməkdə zorlanırlar. Vəziyyəti nəzarət altına almaq üçün Peterburqdan daxili işlər nazirinin müavini, məşhur cəllad Fon Vani təcili olaraq Bakıya göndərilir. Dəhşətli zorakılıq, zülm, həbs və sürgünlərlə tətillər yatırılır. Vəziyyəti nəzarətdə saxlamaq üçün çar II Nikolayın fərmanı ilə bir neçə şəhər rəisliyi (qradonaçalstvo) yaradılır, o cümlədən də Bakıda. Bu da Azərbaycanda çar polis rejiminin aydın təzahürü idi. Adı çəkilən cəlladdan sonra Martınov adlı ağlasığmaz cəzalar fikirləşib tapan və tətbiq edən zülmkar Bakı rəisi öz murdar əməlləri və vəhşiliyi ilə bütün imperiyada ad çıxarır. 1916-cı ildə “Qadınların qiyamı”nı (“Babina bunt”) necə bir zorakılıqla yatırması Bakı əhalisində dəhşət doğurur və bütün dünyaya səs salır. Qudurğan polis rəisi Martınov o qədər irəli gedir ki, milyonçular Hacı Zeynalabdin Tağıyevi və Murtuza Muxtarovu qaralayaraq cəzalandırmaq istəyir. Onları “İran inqilabçılarına” pul və silahla kömək etməkdə ittiham edir. Azərbaycanın polis tarixində qara ləkə olan rəis (qalabəyi) Hacını görüşə dəvət edir. İttihamı səsləndirir. Cavabında Hacı Zeynalabdin Tağıyev deyir: “Biz inqilabçılara heç bir kömək etmirik. İranda qarışıqlıq nəticəsində qırılanların çoxlu yetim uşaqları, dul arvadları, qoca ata-anaları qalıb. Acından ölürlər. Xəstəlik gündən-günə artır. Biz əlsiz-ayaqsızlara kömək edirik. İslam şəriətinə görə o zəlillərə yardım göstəririk. Etməsək, kafir olarıq.” Beləliklə, Hacı Martınova Zeynalabdin şilləsi vurur və onun kafir, vicdansız və vəhşi olduğunu üzünə deyir.
Belə vəziyyət 1918-ci ilin aprelinə dək davam edib. Qeyd edək ki, daşnaq-bolşevik, Bakıda və ölkəmizin digər bölgələrində soyqırımlarına birbaşa rəhbərlik edən Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komisarları Soveti nəzdində daxili işlər komissarlığı da yaradılıb. Milliyyətcə gürcü olan Alyoşa Caparitze onun ilk rəisi olub.
ADR dövründə 6 nəfər daxili işlər naziri vəzifəsini tutub. Fətəli xan Xoyski Nazirlər Şurasının ilk sədri və ilk daxili işlər naziri vəzifəsində çalışıb.
O zaman DİN-in tabeliyində aşağıda qeyd olunan qurumlar olub:
Bakı, Balaxanı, Sabunçu müstəqil polismeyster idarələri;
Bakı şəhər upravası polisi;
Bakı xüsusi vergi polisi;
Xəfiyyə polisi;
Gəncə, Zəngəzur, Şuşa, Cavanşir, Cavad, Cəbrayıl və başqa qəzaların polis idarələri;
Sovet Azərbaycanı dövründə 15 nəfər bu vəzifəni tutub. Onlardan üçü - Stepan Fiyodoroviç Yemelyanov (1929-941), Qusanov Anatoli Mixayiloviç (1953-1954), Buluqa İvan Yevstovyeviç (1954-1956) - qeyri-millət nümayəndələri olublar. Onları Azərbaycan xalqı ilə heç nə bağlamayıb. Məhz 1937-ci ildə və daha sonrakı repressiya dövründə Azərbaycan polisinin sıralarından 1000 nəfərə yaxın əməkdaş (yarıdan çoxu zabitlər və rəhbər rəis heyətinin əməkdaşları olmaqla) həbs olunmuş, sürgün edilmiş, bir çoxları isə güllələnmişdir. Bu reallıqdır.
Xatırladaq ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra daxili işlər naziri vəzifəsini 6 nəfər tutub. Polis general-polkovniki Vilayət Eyvazov 20 iyun 2019-cu ildən Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsində çalışır.
Tarix sübut edir ki, böyük şəxsiyyətlər dünyanı dərk edirlər. Dahi şəxsiyyətlər isə onu dəyişdirirlər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz dahi şəxsiyyətdir. Onun rəhbərliyi ilə Azərbaycan real müstəqilliyinə qovuşdu, ictimai-siyasi sabitlik tam bərpa olundu, iqtisadi inkişafa, sosial rifaha nail olundu, ordu quruculuğu yüksək standartlara cavab verən formada təkmilləşdirildi. Ölkəmiz diplomatik təcrid vəziyyətindən çıxaraq dünya dövlətləri ilə çoxvektorlu əlaqələr yaratdı.
Ulu Öndərin ən böyük xidmətlərindən biri də DİN və onun strukturlarının qanunların və Konstitusiyanın tələblərinə uyğun fəaliyyətlərini təşkil etmək oldu. AXC-Müsavat hakimiyyəti dövründə hakimi-mütləqlik, üstqurum orqana çevrilmək iddiasında olan, ölkəni anarxiya və xaosun girdabına sürükləyən, insanları qorxu altında saxlayan, yarıkriminal qurum kimi ad qazanan DİN və onun strukturları əsas vəzifələrini icra etməyə başladılar. Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev yeni dövrün tələblərinə uyğun, bəşəri dəyərləri mənimsəmiş, lakin kökünə bağlı, milli-mənəvi dəyərlərinə sadiq polis əməkdaşlarının yetişdirilməsi üçün bütün lazımi tədbirləri gördü. Bu məqsədlə qanunvericilik bazası təkmilləşdirildi, müvafiq fərmanlar verildi. Nəticə isə göz qabağındadır. Bu gün Azərbaycan polisi, daxili işlər orqanları böyük təcrübə toplamış, yüksək səviyyəli bilik potensialı əldə etmiş, dünya təcrübəsindən lazımınca bəhrələnmiş, beynəlxalq əlaqələrini kifayət qədər genişləndirmişdir. İndi DİO-da sağlam mənəvi-psixoloji mühit hökm sürür. İdarəetmə sisteminin fəaliyyətinə mane olan bir sıra əngəllər operativ surətdə, çevik və təsirli, həm də görünən formada aradan qaldırılır. Sözsüz, bu və sadalamadığımız digər nailiyyətlərin kökündə Müzəffər Ali Baş Komandanın DİN və onun strukturlarına göstərdiyi qayğı və diqqət durur. Əlbəttə ki, qazanılan uğurlarda DİN rəhbərliyinin xidmətlərini qeyd etməmək ədalətli olmaz. İndi DİN və onun strukturlarının əsas fəaliyyət prinsipi vətəndaş məmnunluğunu təmin etməkdir. Bu məmnunluğu təmin etmək elə də asan deyil. Təbii ki, bu strukturda xidmət edənlərin sıralarında polis adına ləkə gətirənlər, tutduğu vəzifədən sui-istifadə edənlər də, vəzifə səlahiyyətlərini aşanlar da, cinayətə meyilli olanlar, hətta cinayət törədənlər də var. Amma onlara qarşı barışmaz mübarizə də var. Ədalətli olan hər kəs əlini ürəyinin başına qoyub Azərbaycan polisi ilə “xəmiri demokratiyadan yoğrulmuş”, “demokratiya qazanında bişmiş” Avropa və Amerikadakı qanun keşikçilərinin fəaliyyətini müqayisə etsin. “Pərsəngin ağırlığının” hansı tərəfdə olduğunu aydınca görəcək. Əlbəttə ki, mən cinayətkarları, özünü güzgüdə belə olduğu kimi görmək istəməyənləri nəzərdə tutmuram. Cəmiyyət canlı orqanizmdir və o, özü-özünü təmizləməlidir. DİO da belədir. Bu “təmizlik işində” sabitliyə, əmin-amanlığa, Konstitusiya quruluşuna, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən Azərbaycan polisinin müstəsna xidmətləri var. DİO əməkdaşları ağır, çətin, xüsusi məsuliyyət tələb edən vəzifələri icra edirlər. Ona görə də onlar bir çox xüsusi keyfiyyətlərə malik olmalıdırlar. Qətiyyətlə demək olar ki, bütövlükdə Azərbaycan polisi iradəli, cəsarətli, dövlətə, Konstitusiyaya tam sadiq, Vətənə hədsiz sevgi nümayiş etdirir. Bu strukturun əməkdaşları istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən savaşında sadalanan keyfiyyətləri bir daha nümayiş etdirdilər. Bu sistemdə xidmət edən 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 86 əməkdaş “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Ermənistanın təcavüzü nəticəsində 460 polis əməkdaşı, Daxili Qoşunların 561 hərbi qulluqçusu şəhid olub.
İkinci Qarabağ müharibəsində DİO-nun dörd nəfər əməkdaşı Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Daxili Qoşunların 5790 hərbi qulluqçusu müxtəlif orden və medallarla təltif olunub.
Ölkə vətəndaşları Azərbaycan polisini haqlı olaraq dövlətin bir nümunəsi kimi görür və onun fəaliyyətinə elə bu prizmadan da qiymət verir. Layiqli qiymət almaq üçün isə ləyaqət və şərəflə xidmət etmək tələb olunur. DİN və onun strukturları məhz bu prinsiplə fəaliyyət göstərirlər. Azərbaycan polisinin siması getdikcə saflaşır. Biz “axşam gün batanda havası qaralmaq əvəzinə ağır silahlardan və avtomatlardan açılan atəşlərdən səması aydın görünən”, yaxud əksinə, “gün doğanda atılan raketlərdən göy üzünə qaranlıq çökən” bir dünyada yaşayırıq. Ədalətsizliyin, ikili standartların addımbaşı şahidiyik. Bu mənada Azərbaycan xalqı ən çox əziyyət çəkən və qərəzli, xüsusi məqsədli hücumlara məruz qalanlar sırasındadır. Ölkəmizin və dövlətimizin xoşbəxtliyi ondadır ki, Müzəffər Ali Baş Komandan bütün bu basqılara layiqincə, hücum mövqeyindən cavab verir. Azərbaycan polisi ilə birlikdə hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarını bir çox dövlət başçılarının qısqandığı, qibtə etdiyi formada müdafiə edir. Ölkəmiz bir sabitlik, inkişaf məkanıdır. Bu sabitlik və inkişafın keşiyində dayanan polis əməkdaşlarının peşə bayramı günüdür. DİO əməkdaşlarını bayram münasibəti ilə ürəkdən təbrik edir, onlara Azərbaycan naminə xidməti vəzifələrində uğurlar arzulayıram. Biz bu bayramı dövlət səviyyəsində artıq 18 ildir ki, qeyd edirik. Ulu Öndər 1998-ci il mayın 24-də öz fərmanı ilə daha bir tarixi ədaləti bərpa etdi: 1918-ci ildə ADR Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycanda Polis Günü elan edildi.
Bayramınız mübarək!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-07-2026