Mobil versiya
8 yaşlı xalası oğlunu öldürmək istəyən qız hökmdən narazıdır
Tarix: 05-10-2015 | Saat: 13:24
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər

8 yaşlı xalası oğlunu öldürmək istəyən qız hökmdən narazıdır
Şıxıyeva digər xalasının oğlu tərəfindən qaçırılıb.

Azərbaycanda xalası oğlunu öldürməyə cəhddə təqsirləndirilən 17 yaşlı Nərminə Şıxıyeva Ali Məhkəməyə müraciət edib.

Aia.az xəbər verir ki, APA-nın məlumatına görə, onun kassasiya şikayətinə oktyabrın 7-də baxılacaq.

Qeyd edək ki, Masallı rayon sakini, 1998-ci il təvəllüdlü Nərminə Şıxıyeva xalası oğlu 2006-cı il təvəllüdlü Həsən Mahir oğlu Vəliyevi bıçaqlayıb. Nərminə xalaoğlusuna çay kənarında 10 bıçaq zərbəsi vurub.

Hadisəni törətmiş Nərminə Şıxıyeva yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Araşdırmalar zamanı məlum olub ki, gənc qadın xalası oğlunu intiqam məqsədilə vurub.

Belə ki, bir müddət əvvəl Nərminə Şıxıyeva digər xalasının oğlu tərəfindən qaçırılıb. Onların yerini bilən Həsən Vəliyevin anası bu barədə polisə məlumat verib. Polis də, Nərminəni qaçıran oğlanı tutub. Bundan əsəbiləşən Nərminə Şıxıyeva xalasının evinə gələrək onunla dalaşıb. Bu zaman Həsən Vəliyev qapıya çıxıb. Nərminə də Həsəni götürüb və çay kənarına aparıb, orada onu bıçaqlayıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Şıxıyeva 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onun cəzanın yüngülləşdirilməsi barədə olan apellyasiya şikayətini təmin etməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə