Mobil versiya
“Azərbaycana fitnes mədəniyyətini mən gətirmişəm”
Tarix: 21-06-2026 | Saat: 17:27
Bölmə:Şou-biznes | çapa göndər

“Azərbaycana fitnes mədəniyyətini mən gətirmişəm”


Aktrisa Pərvin Abıyeva “Öz aramızda” verilişində fitnes və idmanla bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

"aia.az" bildirir ki, aktrisa Azərbaycanda qadınlar arasında fitnes və bədən formalaşdırma mədəniyyətinin yayılmasında öz rolunu xüsusi olaraq vurğulayıb:

“Azərbaycanda qızlarda fitnes, idman, əzələ formalaşdırmaq mədəniyyətini mən gətirmişəm. Məndən sonra bu daha da geniş yayıldı, mən başlamışam. İdman, fitnes, qarın əzələləri…”

Aktrisanın sözlərinə görə, onun ardından bir çox gənc qızlar fitnesə yönəlib və ölkədə fitnes modellərinin sayı artıb:

“Məndən sonra çox qızlar, çox xanımlar fitnesə başladı. Bu, mənim üçün sevindirici haldır. Bunu yaxşı mənada deyirəm, öyünmək kimi yox. Amma çox vaxt bunu inkar edirlər, boyunlarına almırlar. Amma reallıq budur".

Pərvin Abıyeva eyni zamanda son dövrdə sağlamlıq problemləri səbəbindən idmandan uzaq qaldığını da qeyd edib. O, bir neçə dəfə ayaq əməliyyatı keçirdiyini bildirib:

“Sağlamlığımla bağlı son bir ildir, il yarımdır məşq edə bilmirəm. Bir ildə dörd dəfə ayaqdan əməliyyat olduğuma görə hazırda ağır məşqlər edə bilmirəm. Bir az da tənbəlləşmişəm, amma yavaş-yavaş bərpa olunuram".(musavat.com)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-06-2026