Mobil versiya
Məşhur cizgi filmlərinin mahnılarını ifa edən müğənni öldü
Tarix: 03-06-2026 | Saat: 09:50
Bölmə:Şou-biznes | çapa göndər

Məşhur cizgi filmlərinin mahnılarını ifa edən müğənni öldü

"Disney"in "Gözəl və bədheybət", "Ələddin" cizgi filmlərindəki mahnıların ifaçısı kimi tanınan məşhur müğənni Pibo Brayson dünyasını dəyişib.

aia.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Bildirilib ki, tanınmış sənətçi 75 yaşında ölüb.

"O, 2 iyun 2026-cı il tarixində ailəsinin və ən yaxın dostlarının əhatəsində dinc şəkildə həyatla vidalaşıb", - deyə nəşrin məqaləsində qeyd olunur.

Xatırladaq ki, Brayson iki dəfə "Qremmi" mükafatını "Gözəl və bədheybət" cizgi filmindən "Beauty and the Beast" və "Ələddin"dən "A Whole New World" mahnılarının ifasına görə qazanıb. Birinci mahnını o, Selin Dionla, ikincisini isə Recina Bell ilə duet şəklində oxuyub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-06-2026