Mobil versiya
"İndi oğlanlar da kasıb qızla evlənmək istəmir"
Tarix: 02-06-2026 | Saat: 11:28
Bölmə:Şou-biznes | çapa göndər

"İndi oğlanlar da kasıb qızla evlənmək istəmir"


"İndi oğlanların çoxu kasıb qızla ailə qurmaq istəmir. Zaman dəyişib, qızları başa düşdük - deyir ki, əgər ər evinə gəlirəmsə, ailə qururamsa yaxşı yaşamalıyam. Deyir ki, atam evində tutaq ki, belə kasıb yaşamışam, amma ömür boyu kasıb yaşamaq məcburiyyətində deyiləm. İndi bir insan məni alıb aparsın, ər çörəyi yeyim".

Bu sözləri müğənni Nadir Qafarzadə "Öz aramızda" proqramında deyib.

Sənətçi bildirib ki, indi oğlanlar da ailə qurmaq üçün varlı xanım axtarır:

"Qadın deyir, mən də oturum uşağa baxım, onun qulluğunda durum, məni xanım etsin. Amma bəyləri başa düşmürəm, bəylər işləməlidir, vuruşmalıdır, çalışmalıdır, özü qazanmalıdır. Yox, qız qazansın, işləsin, çalışsın olmaz. Amma qadının puluna göz dikib, onun qazanıb gətirməyini gözləmək düzgün deyil. Onun puluna göz dikmək kişiyə yaraşmaz. Arvadın pul gətirib, məni təmin etməsini gözləmək kişilikdən deyil. Kişi papağını qoyub səhər evdən çıxmalıdır. Qadın onun yolunu həsrətlə gözləməlidir. Qadın necə, harda qazandı düşünmək düzgün deyil. Qadını qınamamalısan ki, belə oldu. Evin arvadı demirlər, evin kişisi deyirlər". (Axşam.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-06-2026