Mobil versiya
Ziya Məmmədovun deputat qardaşı geri çəkildi
Tarix: 03-10-2015 | Saat: 14:15
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər

Ziya Məmmədovun deputat qardaşı geri çəkildi

"Bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərinə namizədliyimi öz istəyimlə irəli sürmədim”

Bunu nəqliyyat naziri Ziya Məmmədovun qardaşı,deputat Elton Məmmədov deyib.

O bildirib ki, çoxsaylı seçicilərin müraciətinə rəğmən, namizədliyini verməkdən imtina edib: "Təəssüflənməyə ehtiyac yoxdur. Mən 15 il dövlətin qanunverici orqanında təmsil olunmuşam. Seçicilərimin etimadını doğrultmuşam. Çoxsaylı seçicilər mənə müraciət etdi. Amma böyük layihələrim, elmi işlərim var, sadəcə zamanım olmadığı üçün bu qərarı verdim”.



Elton Məmmədov

Mia.az xəbər verir ki, Elton Məmmədov ötən seçkidə doğulduğu rayonu əhatə edən 91 saylı Ucar seçki dairəsindən deputat seçilib. Budəfəki seçkidə isə YAP onun deyil, Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş şöbəsinin böyük məsləhətçisi, Korrupsiya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynovun namizədliyini irəli sürüb. (AzNews.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024