Dünyanın taleyini dəyişə biləcək Pekin Zirvəsi: Tramp-Cinpin görüşü nə vəd edir?
Tarix: 11-05-2026 | Saat: 21:30
Bölmə:Dünya | çapa göndər

Son illərdə dünya artıq təkqütblü sistemdən sürətlə uzaqlaşır. Uzun illər beynəlxalq münasibətlər sistemində hegemon güc kimi çıxış edən ABŞ bu gün özünə real və sistemli rəqibin formalaşdığını açıq şəkildə hiss edir. Bu rəqib isə heç şübhəsiz ki, Çindir.
Son onilliklər ərzində Pekin yalnız iqtisadi nəhəng kimi deyil, həm də səssiscə geosiyasi, texnoloji və hərbi güc mərkəzi kimi formalaşıb. Dünyanın istehsal bazasına çevrilən Çin artıq qlobal qərarların qəbulunda əsas aktor statusundadır. Bu reallıq isə Vaşinqtonu ciddi narahat edir. Çünki ABŞ anlayır ki, Çinin yüksəlişi təkcə iqtisadi rəqabət deyil, eyni zamanda bütövlükdə dünya düzəninin dəyişməsi gücünə malik gücdür. Bu baxımdan ABŞ Prezidenti Donald Trumpın mayın 13–15-də Pekinə gözlənilən səfəri sıradan diplomatik görüş deyil. Bu səfər yeni dünya düzəninin gələcəyi uğrunda aparılan böyük geosiyasi savaşın ən kritik mərhələlərindən biri hesab olunur.
Dünya artıq iki sistem arasında bölünür
Müasir beynəlxalq münasibətlərdə əsas qarşıdurma demokratiya-avtoritarizm xəttindən daha çox “təkqütblü dünya” ilə “çoxqütblü dünya” arasında gedir.
ABŞ mövcud qlobal sistemi qorumağa çalışır. Çünki dolların beynəlxalq hegemoniyası, NATO-nun təhlükəsizlik sistemi, Qərbin texnologiya üstünlüyü və maliyyə institutları Vaşinqtonun qlobal liderliyinin əsas dayaqlarıdır. Lakin Çin, Rusiya, İran, müəyyən mənada isə Hindistan və BRICS məkanındakı digər ölkələr yeni güc balansı formalaşdırmağa çalışırlar. Onların əsas məqsədi dünyanı Qərb dominantlığından çıxarmaqdır.
Bu prosesin ən mühüm hədəflərindən biri dollar hegemonluğunu zəiflətməkdir. Çünki ABŞ-nin əsas qlobal gücü təkcə ordusu deyil, həm də dollar sistemidir. Dünya enerji bazarının, beynəlxalq ticarətin və maliyyə dövriyyəsinin böyük hissəsi dollar üzərindən həyata keçirildiyi üçün Vaşinqton istənilən ölkəyə sanksiya tətbiq edə bilir.
Çin isə yuanın beynəlxalq mövqeyini gücləndirməyə, alternativ ödəniş sistemləri yaratmağa və yeni iqtisadi blok formalaşdırmağa çalışır. Bu isə əslində iqtisadi müharibənin başlanğıcıdır.
Süni intellekt uğrunda savaş – gələcəyin hakimiyyət modeli
Yeni mərhələdə əsas mübarizə yalnız enerji və silah üzərində getmir. Dünya artıq süni intellekt erasına daxil olur. Kim süni intellekt texnologiyalarına nəzarət edəcəksə, gələcəyin iqtisadiyyatına, təhlükəsizliyinə və informasiya məkanına da həmin güc nəzarət edəcək.
Bu səbəbdən ABŞ və Çin arasında texnoloji savaş görünməmiş həddə çatıb. Vaşinqton Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edir, mikroçip texnologiyalarının ixracını məhdudlaşdırır, Pekin isə alternativ texnologiya ekosistemi qurmağa çalışır.
ABŞ-nin əsas qorxularından biri Çinin yaxın illərdə texnoloji baxımdan Qərbi üstələməsidir. Xüsusilə süni intellekt, kvant hesablamaları və hərbi texnologiyalar sahəsində Pekinin sürətli inkişafı Vaşinqton üçün strateji təhlükə sayılır. Bu səbəbdən Tramp–Si Cinpin görüşündə süni intellekt məsələsinin əsas mövzulardan biri olması təsadüfi deyil. ABŞ artıq anlayır ki, gələcəyin supergücü tank və raketlərlə deyil, alqoritmlərlə müəyyən olunacaq.
İran məsələsi – Pekində gizli savaş
Görüşün əsas gündəmlərindən biri də İran ətrafında yaranmış təhlükəli geosiyasi böhrandır.
Vaşinqton hesab edir ki, Tehranı ayaqda saxlayan əsas qüvvələrdən biri Çin və Rusiyadır. Pekin İran neftinin əsas alıcılarından biridir və Tehranın iqtisadi nəfəs almasına imkan yaradır. ABŞ isə Çindən bu dəstəyi azaltmağı tələb edir.
Lakin burada çox ciddi paradoks yaranır.
Çin bir tərəfdən Yaxın Şərqdə genişmiqyaslı müharibə istəmir. Çünki dünya enerji daşımalarının böyük hissəsi Hörmüz boğazından keçir və bölgədəki böhran Çin iqtisadiyyatına ağır zərbə vura bilər. Digər tərəfdən isə Pekin İranı itirmək də istəmir. Çünki İran həm enerji tərəfdaşıdır, həm də ABŞ-yə qarşı geosiyasi balans vasitəsidir.
Odur ki, Trampın Pekində əsas məqsədlərindən biri Çini Tehran məsələsində neytrallaşdırmaq olacaq. Əgər Vaşinqton bu istiqamətdə uğur qazanmasa, Yaxın Şərqdə daha böyük qarşıdurmalar qaçılmaz görünür.
Tayvan – dünyanın ən təhlükəli nöqtəsi
ABŞ–Çin münasibətlərində ən partlayıcı məsələ isə Tayvan problemidir. Pekin Tayvanı öz ərazisi hesab edir və lazım gələrsə güc yolu ilə birləşməyə hazır olduğunu gizlətmir. ABŞ isə Tayvanı Çinə qarşı strateji sipər kimi görür.
Əslində dünya bu gün Ukrayna savaşından daha təhlükəli ssenari ilə üz-üzədir. Çünki Tayvan ətrafında mümkün müharibə birbaşa ABŞ və Çin qarşıdurmasına çevrilə bilər. Bu isə artıq regional deyil, qlobal savaş deməkdir.
Üstəlik Tayvan dünyanın ən böyük mikroçip istehsal mərkəzidir. Müasir iqtisadiyyatın və hərbi sənayenin “beyni” sayılan çiplərin böyük hissəsi burada istehsal olunur. Ona görə Tayvan uğrunda savaş əslində gələcəyin texnoloji hakimiyyəti uğrunda savaşdır.
Rusiya–Ukrayna müharibəsi necə dəyişə bilər?
Rusiyanın Ukraynaya müdaxiləsi artıq yalnız Avropa savaşı deyil. Bu müharibə qlobal güc balansının yenidən qurulmasının əsas mərhələsinə çevrilib. Əgər ABŞ və Çin müəyyən kompromislərə gedərsə, Ukrayna savaşının dondurulması ehtimalı arta bilər. Çünki Vaşinqton eyni anda həm Rusiya, həm İran, həm də Çinlə açıq qarşıdurma aparmağın risklərini anlayır. Lakin tərəflər əsas prinsipial məsələlərdə razılığa gələ bilməsələr, Ukrayna müharibəsi daha uzunmüddətli və dağıdıcı mərhələyə keçə bilər. Bu halda dünya yeni “soyuq müharibə” dövrünə daxil olacaq.
Körfəz böhranı və “Yeni Karib böhranı” təhlükəsi
Hazırkı vəziyyət bir çox analitiklər tərəfindən XX əsrdəki Karib böhranı ilə müqayisə olunur. Fərq ondadır ki, bu dəfə böhran təkcə bir regionla məhdudlaşmır. Ukrayna, Tayvan, İran, Qırmızı dəniz və enerji marşrutları eyni anda qlobal toqquşma xəttinə çevrilib.
Əgər ABŞ–İsrail–İran qarşıdurması genişlənərsə neft qiymətləri rekord həddə yüksələ bilər; dünya iqtisadiyyatında yeni böhran yarana bilər; enerji və ərzaq təhlükəsizliyi sarsıla bilər; beynəlxalq ticarət marşrutları iflic ola bilər. Bu isə dünyanın yeni geosiyasi və iqtisadi xaosa sürüklənməsi deməkdir.
Pekin görüşü dünyaya nə vəd edir?
Trampın Çinə səfəri qlobal sistemin gələcəyini müəyyənləşdirəcək mühüm dönüş nöqtələrindən biri ola bilər. Tərəflər müəyyən texniki və iqtisadi məsələlərdə razılığa gəlsələr belə, əsas strateji məsələlərdə kompromis ehtimalı son dərəcə zəifdir. Çünki burada söhbət təkcə ticarətdən yox, dünya liderliyindən gedir.
ABŞ qlobal hegemon statusunu qorumağa çalışır. Çin isə artıq bu sistemin dəyişməsinin qarşısının alınmaz olduğunu düşünür.
Məhz buna görə qarşıdakı illərdə dünya daha sərt geosiyasi bloklaşmalar, texnoloji savaşlar, iqtisadi sanksiyalar, enerji qarşıdurmaları, regional müharibələr
ilə üzləşə bilər.
Planet faktiki olaraq yeni tarixi mərhələyə daxil olur. Bu mərhələnin adı isə “çoxqütblü dünya uğrunda böyük savaş”dır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-05-2026