"TikTok"da canlı açıb söyüş söyən 3 dost HƏBS OLUNDU
Tarix: 11-05-2026 | Saat: 13:36
Bölmə:Ölkə | çapa göndər

Şəmkirdə tiktok-da söyüş söyən 3 gənc həbs olunub.
3 həmkəndli – 22 yaşlı Zaur Hümbətov, 20 yaşlı İsgəndər Səfərov və 25 yaşlı Tofiq Kərimov (ad və soyadlar şərtidir) avtomobildə olarkən tiktok sosial şəbəkəsində canlı yayım açıblar. Bu zaman dostlar nalayiq ifadələr işlədiblər və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə gətiriblər.
Burada onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Gənclər bildirib ki, canlı yayımı onlardan biri açıb və digərlərinin bundan xəbəri olmayıb. Həmçinin onlar canlı yayımın bağlanmasını istəyiblər. Canlı yayımı açan şəxsin sözlərinə görə, mikrofonu bağladığını düşünsə də, sonradan yanıldığını görüb. Nəticədə dostların danışıq zamanı yol verdiyi bütün nalayiq sözlər canlıya düşüb. Onlar əməllərindən peşman olduqlarını bildiriblər.
Məhkəmənin qərarı ilə həmkəndlilərin hər biri barəsində 15 günlük inzibati həbs qərarı seçilib./Lent.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-05-2026
10-05-2026