Mobil versiya
Kreml mediası Paşinyanı hədəf aldı
Tarix: 11-05-2026 | Saat: 16:11
Bölmə:Dünya | çapa göndər

Kreml mediası Paşinyanı hədəf aldı


Kremlə yaxın media resursları Ermənistanın Avropa bazarlarına çıxış planlarını “topa tutur”. Musavat.com xəbər verir ki, “EADaily” baş naziri Nikol Paşinyanmın kənd təsərrüfatı məhsullarının Avropa İttifaqına ixracını stimullaşdırmaq proqramının gələcəyini sual altına alan geniş material yayımlayıb.

Məqalədə bildirilir ki, 2025-ci ilin ortalarında Paşinyan hökuməti erməni fermerlərinin məhsullarının Avropa İttifaqının 14 ölkəsinə ixracını təşviq edən proqram başladıb. Həmin proqram çərçivəsində kənd təsərrüfatı məhsullarının daşınma xərclərinin 70 faizinə qədərini, sertifikatlaşdırma xərclərinin isə 60 faizini dövlət qarşılayır. Eyni zamanda, hər fermer üçün illik subsidiya limiti 12,5 min avro müəyyən edilib. “EADail”y bunu “yoxsul Ermənistan üçün çox böyük məbləğ” adlandırır və iddia edir ki, kənd yerlərində yaşayan insanların əksəriyyəti ən yaxşı illərdə belə bu qədər gəlir əldə etməyib.

Məqalədə əsas vurğu isə proqramın maliyyə mənbəyinə yönəldilir. Nəşrin iddiasına görə, Paşinyan bu layihə üçün vəsaiti Avrasiya İqtisadi İttifaqı büdcəsindən əldə edib. “EADaily”-ə danışan ekspertlər bildiriblər ki, Ermənistanın Rusiya ilə münasibətlərinin pisləşməsi fonunda ölkənin Avrasiya İqtisadi İttifaqından çıxmaq ehtimalı artır və belə olarsa proqramın maliyyələşməsi də dayanacaq. “Dəstək olmadan erməni fermerləri məhsullarını Avropa bazarlarına çatdıra bilməyəcəklər”, - deyə məqalədə qeyd olunur:

Rusiya saytı əlavə edir ki, Paşinyan Aİ-dən oxşar dəstək gözləsə də, Avropanın hazırkı iqtisadi vəziyyəti buna imkan vermir. Xüsusilə, “MERCOSUR” sazişi ətrafında yaranmış mübahisələrin artıq Avropanın özündə ciddi parçalanma yaratdığı vurğulanır. Almaniya sazişi dəstəkləsə də, Fransa buna bütün səviyyələrdə müqavimət göstərir. “EADaily” sonda daha sərt iddia irəli sürür və Ermənistanın həm Avropa bazarlarını tam əldə edə bilməyə, həm də Aİİ bazarını itirməyə doğru getdiyini bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-05-2026