Mobil versiya
“İşləməsəm də qazanıram” - Məşhur müğənninin aylıq GƏLİRİ
Tarix: 04-05-2026 | Saat: 10:21
Bölmə:Şou-biznes | çapa göndər

“İşləməsəm də qazanıram” -

Türkiyəli məşhur müğənni Hatice maddi vəziyyəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib.

aia.az-ın məlumatına görə, sənətçi bildirib ki, səhnə fəaliyyətindən kənarda qalsa belə, aylıq gəliri 200 min türk lirəsinə çatır.

Hatice qeyd edib ki, bu gəlir ona rahat və dəbdəbəli həyat tərzi sürmək imkanı verir. Onun sözləri qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.

İctimaiyyətdə ən çox maraq doğuran məqamlardan biri isə müğənninin bu gəliri hansı mənbələrdən əldə etməsidir. Sosial şəbəkə istifadəçiləri Hatice-nin qazancının böyük hissəsinin son dövrlərdə məşhurlar arasında populyarlaşan ödənişli abunə platformalarından əldə oluna biləcəyini ehtimal edirlər.

Müğənni isə gəlirinin detalları ilə bağlı əlavə açıqlama verməyib. Buna baxmayaraq, açıqlama şou-biznes dünyasında və sosial mediada geniş rezonans doğurmaqda davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-05-2026